Menu

Qazaxıstanda ipoteka 1-2 faizlə veriləcək

11.11.2014, 17:20

NazarbayevQazaxıstan prezidenti Nazarbayev noyabrın 11-də yeni iqtisadi proqramı elan edib. Proqramın adı “İşıqlı yoldur”.

Xalqa ənənəvi illik müraciətində prezident bildirib ki, ipoteka kreditləri 1-2 faizlə veriləcək.

Hökumət sosial kirayə evləri tikməyə başlayacaq, bu evlər vətəndaşlara uzun müddətə kirayəyə veriləcək, sonda isə onlar bu evləri ala bilərlər.

Nazarbayev deyib ki, yanvarın 1-dən başlanan bu yeni proqrama 24 milyard dollar ayrılır. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol