“PUTİNİN İNDİ İKİ ÇIXIŞ YOLU QALIR...” - “Rusiya bu anda nüvə silahından istifadə edəcək”

“Bir nüvə zərbəsi ilə müharibənin gedişatını dəyişmək mümkün deyil, ona görə də...”

“ABŞ Rusiyanın bu hücumuna mütləq cavab verəcək”

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqində və cənubundakı dörd rayonu ilhaq etməsi, yeddi aylıq müharibədə yeni və olduqca təhlükəli bir mərhələnin başlanmasından xəbər verir. Putin bir neçə gün öncə dünyanı nüvə silahına əl atacağıyla bağlı hədələmişdi. Şübhəsiz ki, Rusiyanın bu əraziləri ilhaq etməsi dünyanı nüvə müharibəsinə bir addım da yaxınlaşdırmış oldu”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Washington Post” nəşrinin dərc etdiyi məqalədə bildirilir.

Həmin materialların bir qismini oxuculara təqdim edirik: “Rusiya ihaq etdiyi dörd regionun - Donetsk, Luqansk, Xerson və Zaporojyenin yalnız bir hissəsinə nəzarət edir. Bu regionlar Kreml tərəfindən Rusiya əraziləri kimi qəbul edilir. Sanki, 77 il öncə Yaponiyaya nüvə silahının atılmasıyla nəticələn proses bu gün Ukaynada təkrarlanır.

Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı Frans-Stefan Gady hesab edir ki, dünya Soyuq Müharibənin bitdiyi 1980-ci illərdən bəri ən ciddi nüvə təhlükəsi ilə qarşı-qarşıyadır: “Bu, çox təhlükəli vəziyyətdir və Qərb siyasətçiləri tərəfindən ciddi qəbul edilməlidir”.

ABŞ və Avropa rəsmiləri bu təhdidləri ciddi qəbul etdiklərini deyirlər. Ağ Evin milli təhlükəsizlik müşaviri Jake Sullivan bazar günü bildirib ki, Rusiya nüvə silahından istifadəyə əl atsa, bunun fəlakətli nəticələri olacaq.

Adının açıqlanmasını istəməyən Avropa İttifaqı rəsmisi Putinin çıxılmaz vəziyyətdə olduğunu bildirir: “Putinin nə edəcəyini heç kim bilmir. Ancaq o, tamamilə küncə sıxışıb. Onun yeganə çıxış yolu tam qələbə və ya tam məğlubiyyətdir. Biz sonuncunun üzərində işləyirik. Bizə Ukraynanın qalib gəlməsi lazımdır və buna görə də Ukraynaya yardım edərək ən pis ssenarilərin qarşısını almağa çalışırıq”.

Ancaq ilhaq prosesi və səfərbərlik qərarı onu göstərir ki, Qərbin strategiyası hələ Putini qalib gələ bilməyəcəyinə inandırmaq üçün kifayət etməyib. Qərb ümid edirdi ki, Ukraynanın uğurları Putini geri çəkilməyə məcbur edəcək.

Gady hesab edir ki, Rusiya səfərbərliklə vəziyyəti dəyişdirə bilməyəcəyini anladığı anda nüvə silahından istifadə edəcək: Rusiya tv-lərindəki bəzi vəhşi proqnozlara baxmayaraq, Kremlin Qərbə nüvə zərbəsi endirəcəyini düşünmürəm. Moskva döyüş meydanında daha kiçik, taktiki nüvə silahlarından birini istifadə etməyə çalışacaq. Rusiyanın arsenalındakı ən kiçik nüvə silahı təxminən 1 kilotonluq partlayışa səbəb olur ki, bu da Xirosimaya atılan bombanın on beşdə biri qədərdir. Əgər bu silahdan istifadə olunsa, bu, kiçik bir ərazidə kütləvi dağıntılara səbəb olacaq.

Döyüşlər 1500 millik cəbhə xətti boyunca aparıldığından və qoşunlar səpələnmiş şəkildə yerləşdiyindən bir nüvə zərbəsi ilə müharibənin gedişatını dəyişmək mümkün deyil. Müharibədə dönüş yaratmaq üçün Rusiya bir neçə nüvə silahından istifadə etməli və ya alternativ olaraq Kiyev kimi böyük bir şəhərə zərbə endirməlidir.

Sırf hərbi nöqteyi-nəzərdən nüvə silahı Vladimir Putinin heç bir hərbi problemini həll etməyəcək. Ancaq nüvə zərbəsi Qərbin dəstəyini azaldacaq. Və hesab edirəm ki, ABŞ Rusiyanın bu hücumuna mütləq cavab verəcək”.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Aleks 2022-10-02 18:54:45

Oxucu,nə etməlidirlər ki...Ukrayna torpaqlarını Putlerə təslim etməlidi?

t.ədalət 2022-10-01 16:08:13

Putin heç bir nüvə silahgından istifadə etməyəcək.

Oxucu. 2022-10-01 15:26:41

Yaxşıki özünüz- özünüzü aldada bilirsiniz,amma inanmağınızı deyə bilmərəm,heç bir halda ABŞ nüvədən sonra cavab verməyəcək,nato kimi gözə kül üfürmək üçün yığışıb danışarlar sonrası oturarlar yerlərində,onlara nə varki,qırılan dağılan slavyanlardır,necəki müsalmanları bundanda betər qırdırdılar bur birinə.

Son yazılar