Menu

“Paris Ukraynaya suverenliyini bərpa etməyə kömək edəcək” - Emmanuel Makron

02.10.2022, 18:28
“Paris Ukraynaya suverenliyini bərpa etməyə kömək edəcək” - Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Ukraynanın işğal edilmiş regionlarının Rusiya Federasiyasına birləşdirilməsini qanunsuz adlandırıb və Parisin Ukraynaya suverenliyini bərpa etməyə kömək edəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə bazar günü BFM telekanalı Yelisey Sarayına istinadən məlumat yayıb.

“Respublika Prezidenti Rusiyanın Ukraynanın dörd bölgəsinin qanunsuz ilhaqını qətiyyətlə pislədiyini bir daha təsdiqlədi”, – Makron administrasiyası qeyd edib. Yelisey Sarayı qeyd edib ki, “Fransa Ukraynaya tam suverenlik və ərazi bütövlüyünü bərpa etməkdə kömək etmək öhdəliyinə sadiqdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol