RUSİYADAN YENİ NÜVƏ HƏMLƏSİ... - “Qiyamət günü” adlı nüvə raketlərini işə salıb

Rusiya “Qiyamət günü” döyüş başlıqları adlandırılan “Poseydon” nüvə torpedosu ilə silahlanan “Belqorod” sualtı qayığını Ağ dənizə buraxıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “La Repubblica” nəşri NATO kəşfiyyatına istinadən xəbər verir.

Məlumatı verən mənbə bildirir ki, sualtı qayıq iyul ayında xidmətə başlayıb: “Rusiyanın bu nüvə silahını sınaqdan keçirəcəyi ilə bağlı qorxular var. Rusiya raketlərin uçuşunu dəqiq müəyyən etmək üçün artıq infraqırmızı sensorlu peyk şəbəkəsi belə yaradıb. Bu raketlər elə dizayn edilib ki, çox az istilik yayır və saatda yüz kilometrdən çox sürətlə səssizcə hərəkət edə bilir”.

“Son günlərdə “Belqorod” tez-tez “Şimal axını” qaz kəmərinin təxribatı ilə bağlı təhlillərdə xatırlanır. Çünki bu, gəminin əsas fəaliyyətlərindən biridir. Ehtimalara görə, Rusiya 24 metr uzunluğunda, iki meqaton olan atom döyüş başlığı ilə torpedonu sınaqdan keçirə bilər. Bir neçə meqaton tutumu olan “Poseydon” torpedoları 500 metrlik radioaktiv sunamiyə səbəb ola bilir. Bu raketlər Nyu York və Los Anceles kimi böyük şəhərləri belə məhv etməyə qadirdir. “Belqorod”un göyərtəsində 8 belə raket mövcuddur”, - məlumatda bildirilir. 

“AzPolitika.info”

635x100

Şərhlər

ELSAD 2022-10-03 22:03:46

Rusiya ile baqli fikirler melum sebeblerden azerbaycan turklerinin ekseriyyetinde menfi emosiyalar yaradir. Reytinqinizi saxlamaq isteyirsinizse, buna fikir verin...

Mubariz 2022-10-03 20:51:19

Bu yalanlara artıq heç kəs inanmır , bir vaxtlar Skabeeva Samrat raketləri ilə Londonu yox edəcəkləri ilə təhdid edirdi ,indi məlum olur ki bütün bu qorxulu raketlər sadəcə feyk imiş , raketi ata bilərlər ,qorxurlar ki qayıdıb özlərini vurar ,necə ki Belqorodda raket qayıdıb şəhərə düşmüşdü

t.ədalət 2022-10-03 16:03:31

Rusiya hansı nüvə silahından istifadə etsə,o silahla da vurulacaq.

Son yazılar