Menu

Ermənistanın və Rusiyanın müdafiə nazirləri yeni razılaşmalar əldə etdi

11.11.2014, 18:06
Ermənistanın və Rusiyanın müdafiə nazirləri yeni razılaşmalar əldə etdi

Ermənistanın və Rusiyanın müdafiə nazirləri Seyran Ohanyanla Serqey Şoyqu noyabrın 11-i Moskvada görüş keçiriblər.

“Media forum” saytının məlumatına görə, görüşdə iki ölənin müdafiə nazirlikləri arasında 2015-ci il üçün əməkdaşlıq planı təsdiqlənib.

Əsas razılaşmalardan biri 2015-ci il mayın 9-da Yerevanda hərbi parad keçirilməsi olub. SSRİ və müttəfiqlərinin İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəsinin 70 illiyinə həsr olunmuş paradda Ermənistan Silahlı Qüvvələri və bu ölkədəki 102-ci Rusiya hərbi bazasının hissələri iştirak edəcək.

Görüşdə beynəlxalq təhlükəsizlik problemlərinə, iki ölkənin hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. Ermənistan Silahlı Qüvvələrinin 244 hərbi qulluqçusunun Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi məktəblərdə pulsuz oxuması məsələsinə xüsusi diqqət yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol