Menu

İsmayıllıda 10-cu sinif şagirdi bıçaqlanıb

04.10.2022, 10:14
İsmayıllıda 10-cu sinif şagirdi bıçaqlanıb

İsmayıllı rayonunda məktəbli bıçaqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçacaq zərbəsi endirib.

Daha sonra yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

HNəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, N.Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol