MİLYARDER VARDANYAN QARABAĞDA "HAKİMİYYƏTƏ" GƏTİRİLİR - Arutyunyan açıqladı

Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan oktyabrın 4-də açıqlama yayıb. Topluma səslənən qondarma rəhbər Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif etdiyini bildirib. “Dövlət naziri” işğalçı rejimdə "hökumət başçısı" sayılır.

Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Sinqapurda müxtəlif proqramlar üzrə təhsil alıb, kurslar keçib.

Sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınan Ruben Vardanyan milyarderdir.

2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü bəyan edib. İşğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayan Ruben Vardanyanın müraciətinin ruhundan onun bölgədə "hakimiyyətə" iddialı olduğu görünüb.

635x100

Şərhlər

Qoca Molla 2022-10-04 18:24:50

Rusiyalı oliqarxların çirkli pullarını yumaq üçün meydança axtarırlar

Mən kiçik azər 2022-10-04 15:37:37

İndi də Qarabağı milyarder R.Vardanyana təslim edirlər? Bəs, Qarabağ Miatsum terrorçuları mühakimə edilməyib, əksinə hazırda Kremlin Hərbi kontingenti də onları mühafizə edir? Bəs, deportların hüquqları, Qarabağdan qovulan və sonrakı nəsl azərbaycanlı ailələrinin təhlükəsizliyi, Azərbaycanın səlahiyyətləri?

t.ədalət 2022-10-04 14:50:42

"dağlıq Qarabağ" qurumu ləğv edilibsə bizim əksər nazirlərin dayılağı Vardanyan hara rəhbər gətirilir?Axı,bizimkilər Qarabağöın azad olunmasından danışırlar?

Veteran 2022-10-04 14:10:09

Gəlin at poxu kimi topalaşın ay dığalar sizidə ,sizə dəsək verən rus köpəklərini o dünyalıq edəcəyik.Az qalıb.

Son yazılar