Menu

Masallıda məktəb tikintisinə 2,4 milyon manat xərclənəcək

04.10.2022, 18:46
Masallıda məktəb tikintisinə 2,4 milyon manat xərclənəcək

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Masallı rayonunun Qəzvinoba kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Turan.İ.O" MMC-dir.

Qalib şirkətə 2,41 milyon manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol