Menu

"Qubadlının sabiq icra başçısı Polşada saxlanılıb" - Baş Prokurorluq

05.10.2022, 13:51
"Qubadlının sabiq icra başçısı Polşada saxlanılıb" - Baş Prokurorluq

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb. 

Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

Şərhlər

Mubariz 2022-10-05 16:19:15

Bu bədbəxt Qubadlıda ermənilərə qarşı döyüşüb , bir il başçı işləyib , otuz il üstündən keşib , indi həbs etdirirlər ? Vallah adam məətəl qalır ...?....

miri 2022-10-05 15:23:17

Putler qurban isteyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol