Menu

Rus hərbçilərinin daha bir vəhşiliyi üzə çıxdı - FOTO

05.10.2022, 15:49
Rus hərbçilərinin daha bir vəhşiliyi üzə çıxdı - FOTO

Ukraynanın işğaldan azad edilmiş İzyum şəhərində rus hərbçilərin mülki əsirlərə etdiyi işgəncələrlə bağlı növbəti cinayət faktı ortaya çıxıb.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, hadisə Ukraynanın şimalında, İzyum şəhərindən təxminən 15 mil şərqdə yerləşən Piski-Radkivski qəsəbəsində baş verib.

Paylaşılan fotolarda rus hərbçilərinin müxtəlif işgəncələrlə Ukrayna vətəndaşlarından çıxardığı qızıl dişlər, qapaqlar və protezlər əks olunub. Ukrayna rəsmiləri bildiriblər ki, bu, Buça, İrpin və İzyumda kütləvi məzarlıqlar aşkar edildikdən sonra rus əsgərlərinin mülki insanlara işgəncə verərək edam etmələrinin son nümunəsidir.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2022-10-05 22:57:19

Biz,20 Yanvarda və Qarabağ ərazilərdə ermənilərin adı altında baş verən hadisələrdə Rus vəhşiliyinin yaxından şahidi olmuşuq.Rusiyanın törətdiyi hər cür anti-insani vəhşiliyin və terrorun nə demək olduğunu Azərbaycan əhalisi yaxşı bilir.

Oxucuya 2022-10-05 22:37:09

Bəlkə aparmağa fürsət tapmayıblar?

Eli 2022-10-05 17:21:48

“ Oxucu” müellim rusların vehşiliyi konkret faktdır , feyk deyil.Meger tarixde az olub ki,Rusiya ve ruslar kiçik dövlet ve xalqların başına ne oyunlar açıblar.Bunlar alkaş ve vehşi bir zatı qeyri müeyyen bir ayı destesidir.Bunu men yox dünyaca meşhür dövlet xafimleri,dahi insanlar deyir meselen Bissmark.Öz doğma din qardaşına ukraynlara divan tutmaq Sizce humanizmdir ta vehşilik.

Oxucu 2022-10-05 16:04:20

Bu aşkar feykdir, neylədi camaat ı öldürüb sonrada qızıl diş protezləri aş süzəndə börlərinə qoyub getdilər ki Ukraynalılar gəlib dünyaya göstərsin? )) yaxşı ruslar pisdi ama Rusiyaya qarşı aparılan bu işdəklər ondan da pisdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol