Menu

Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı məlum oldu

05.10.2022, 16:02
Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı məlum oldu

Vladimir Putinin 21 sentyabrda qismən səfərbərlik elan etməsindən sonra təxminən 700 minə yaxın insan Rusiyanı tərk edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” nəşri Kremldəki mənbələrinə istinadla məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Qazaxıstanın daxili işlər naziri səfərbərlik başlayandan bəri 200 minə yaxın Rusiya vətəndaşının ölkəyə daxil olduğunu bildirib. Gürcüstan hakimiyyəti isə sentyabrın 17-dən 29-dək ölkəyə 94 minə yaxın Rusiya vətəndaşının gəldiyini açıqlayıb. Həmçinin AB sərhəd idarəsi agentliyi “Frontex” hesab edir ki, son bir həftə ərzində 66 min Rusiya vətəndaşı Aİ-yə daxil olub ki, bu da səfərbərlikdən öncəki həftə ilə müqayisədə təxminən 30 faiz çoxdur.

Ali İqtisadiyyat Məktəbinin demoqrafiya mütəxəssisləri “Demoscope Weekly” jurnalında dərc olunan məqalədə isə qeyd olunur ki, 2022-ci ilin yanvar-iyun aylarında Rusiya əhalisi təxminən 481 min nəfər azalıb ki, bu da 2021-ci ilin müvafiq göstəricilərindən 56% çoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol