Menu

"Range Rover" piyadanı vuraraq öldürüb

07.10.2022, 11:09
"Range Rover" piyadanı vuraraq öldürüb

Ucarda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb.

İlqar Həsənov idarə etdiyi "Range Rover" markalı 10-XA-007 dövlət nişanlı avtomobillə yolu keçən Anar Baxşəliyevi vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol