Menu

"F-16"larla bağlı alternativimiz var" - Türkiyə Prezidenti

07.10.2022, 15:30
"F-16"larla bağlı alternativimiz var" - Türkiyə Prezidenti

“Dünyada "F-16"ların da alternativləri var”.

“Report” xəbər verir kii, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Patriotlarla bağlı istəklərimiz ödənmədiyinə görə, "S-400"ləri aldıq. Əgər ABŞ-da ehtiyacımızı ödəməsə, dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ-dakı erməni və yunan lobbiləri "F-16" qırıcı təyyarələrinin Türkiyəyə satılmasına qarşı çıxırlar. ABŞ Prezidenti Cozef Bayden sözgüedən təyyarələrin Türkiyəyə tədarükü ilə bağlı vəd versə də, bu, hələ baş tutmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol