Menu

Aİ Ukraynaya 2 milyard avro yardım edəcək

07.10.2022, 23:33
Aİ Ukraynaya 2 milyard avro yardım edəcək

Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Ukraynaya 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Praqada keçirilən qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Yaxın günlərdə Ukraynaya makromaliyyə yardımı kimi daha 2 milyard avro ayrılacaq”, - o deyib. AK rəhbəri həmçinin vurğulayıb ki, Aİ ölkələri rəsmi Kiyevə hərbi və maliyyə yardımını davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol