Menu

"KRIM KÖRPÜSÜ DİVERSİYA İLƏ PARTLADILIB" - "TIR-a azı 2 ton partlayıcı yüklənib..." + VİDEO

08.10.2022, 21:40
"KRIM KÖRPÜSÜ DİVERSİYA İLƏ PARTLADILIB" - "TIR-a azı 2 ton partlayıcı yüklənib..." + VİDEO

Krım körpüsü uzaqmənzilli raketlə, yoxsa diversiya nəticəsində partladılıb? Hazırda bu sual ətrafında media və sosial şəbəkələrdə qızğın müzakirələr gedir.

Rusiya hakimiyyət qurumları bildirirlər ki, körpüdə "Kamaz" markalı avtomobilin partlaması nəticəsində yola ciddi ziyan dəyib, habelə yanacaq daşıyan qatarda yanğın baş verib. Fakt üzrə cinayət işi açılıb, xüsusi dövlət komissiyası yaradılıb. Nəqliyyat nazirliyi dəyən ziyanın miqdarını hesablamağa, təmir-bərpa üçün hazırlığa başlayıb.

Ukrayna xüsusi xidmət orqanlarından mediaya sızdırılan məlumata görə, Krım körpüsü onların hazırladığı xüsusi əməliyyat nəticəsində partladılıb.

Prezident Zelenski ofisinin rəhbəri Mixail Podalyak bildirib ki, bu hadisə başlanğıcdır, Ukraynadan oğurlanan hər şey geri alınacaq.

Krımın qondarma hakimiyyət rəsmiləri də körpünün Ukrayna tərəfindən partladıldığını bəyan ediblər.

Tanınmış hərbi ekspert Aqil Rüstəmzadə "AzPolitika.info"ya bildirib ki, Krım körpüsü diversiya nəticəsində partladılıb.

"Raket zərbələri nəticəsində dağıntıların bu miqyasda olması mümkün deyil. Azı 2 ton partlayıcı yüklənmiş TIR partlayıb", - deyə, o, qeyd edib.

Ekspert həmin an yanacaq daşıyan qatarın da partlayışın təsirindən alovlandığını vurğulayıb.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol