Menu

Elmira Axundova Kiyevdə deyil - Səfirliyə kim rəhbərlik edir?

12.10.2022, 14:03
Elmira Axundova Kiyevdə deyil - Səfirliyə kim rəhbərlik edir?

Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildiribdilər.

Azərbaycan səfirliyinin də yenidən təxliyə edilib-edilməyəcəyi və səfir Elmira Axundovunun vəzifəsinin başında olub-olmaması ilə bağlı Yenisabah.az saytı Kiyevdəki səfirliyimizlə əlaqə saxlayıb.

Saytın sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:

“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir”, - deyə cavabda bildirilib.

Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.

Şərhlər

Maştağalı Caamata 2022-10-13 09:57:10

Səhv etmirəmsə, mətbuatda rusca-publisist xanımım səfirlikdən geri gəlməsi qeyd olunmuşdu? Bir nəfərin olmaması və ya əlavə qurumun ləğv edilməsi heç də vacib həyati fəaliyyətin dondurulması deyil? Misa üçün RF XİNnin belə ilin sonuna fəaliyyətinə xitam veriləcəyi müharibəyə son qoyub, daxili fəaliyyəti daha effektiv-səmərəli fazaya yüksəldə bilər!

Roma 2022-10-13 09:44:13

Bu qadından səfir olmaz və onun Azərbaycanı bir səfir kimi təmsil etməsini qəbul edə bilmirəm. Onun və oğlunun adı korrupsiyada, maxinasiyalarda və hətta insan ölümündə belə hallanmışdır. Səs yazısının da yazıb qoyulmasına baxmayaraq yenə də onun səfir təyinatının olması çox müəmmalıdır.

Vətəndaş 2022-10-12 16:29:41

Bundan səfir olmaz

Camaat 2022-10-12 14:44:06

simvolu........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol