“RUSİYA SÜLH PROSESİNİN QARŞISINI ALA BİLMƏDİ...” – “KTMT Ermənistana missiya göndərə bilər”

"Qarabağın erməni əhalisi üzərində hakimiyyəti qəsb etmiş hərbi cinayətkarlar üç gündür Baş nazir Paşinyanla görüşmək üçün İrəvanda gözləyirlər. Səfərin bəyan edilmiş məqsədi Paşinyanın Azərbaycanla sülh müqaviləsi prosesində nə etdiyini anlamaqdır. Əsl məqsəd isə gələn Baş nazirə illik büdcədən Qarabağ ermənilərinə “pul olacaq, yoxsa, yox” sualını verməkdir".

"AzPolitika.info" xəbər verir ki, politoloq Fərhad Məmmədov proseslərin gedişini şərh edərkən bunu deyib.

Onun sözlərinə görə, Ermənistan büdcəsindən Qarabağ erməniləri üçün vəsait ayrılması (ötən il 300 milyon dollar ayrılmışdı - red.) Rusiya üçün də eyni dərəcədə vacibdir. 

"Çünki Qarabağda erməni silahlı qüvvələrinin olması və erməni əhalisinin saxlanmasının maliyyələşdirilməsi, Qarabağda Rusiya sülhməramlılarının mövcudluğunun əsas səbəbidir", - təhlilçi vurğulayıb.

F.Məmmədov deyir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Rusiya ilə Ermənistan arasında ziddiyyətlərin başqa bir mövzusudur. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Astanada keçiriləcək üçtərəfli görüşü ərəfəsində Mariya Zaxarovanın açıq tənqidi İrəvan üçün siqnaldır. 

"Şübhəsiz ki, Rusiya Aİ-nin missiyasını balanslaşdırmaq və yaxın gələcəkdə Ermənistanın KTMT-dən mümkün çıxışının qarşısını almaq üçün hərbi ittifaqın Ermənistana missiyasının göndərilməsinə çalışacaq", - qeyd edib.

Politoloq vurğulayır ki, Rusiya sülh müqaviləsi prosesinin sürətlənməsinin qarşısını ala bilməyib və Moskvanın bu prosesdə iştirakı ciddi şəkildə məhdudlaşdırılıb. 

"Şübhəsiz ki, Sergey Lavrov sülh müqaviləsinin mətninin hazırlanması prosesində iştirak etməyə çalışacaq, lakin bu zaman Azərbaycan və Ermənistan nəzakətlə Moskvanın xidmətlərindən imtina edə bilərlər", - təhlilçi əlavə edib.

F.Məmməd qeyd edir ki, hazırda Moskvanın dünyadakı imcini nəzərə alsaq, onun Qarabağ ermənilərinin tərksilah edilməsi və Zəngəzur yolunun açılması prosesində iştirakını fiksə edəcəyini düşünmək olar:

- Mövcud məhdud resurslardan istifadə etməklə, həmçinin Qarabağda və Ermənistandakı etibarlı şəxslər vasitəsilə regionda vəziyyəti mürəkkəbləşdirmək;

- və ya Rusiya sülhməramlılarının Zəngəzur dəhlizinin açılmasında rolunu müəyyənləşdirmək.

Azərbaycanın mövqeyi 44 günlük müharibənin nəticələrinə uyğun olaraq Ermənistanın öz silahlı qüvvələrini Azərbaycandan və Zəngəzur dəhlizindən çıxarmaq öhdəliyindən irəli gəlir. Müharibənin nəticələrinə yenidən baxılması və ya Ermənistanın Azərbaycan qarşısında öhdəliklərini dəyişdirmək cəhdi Qarabağda və şərti sərhəddə Bakının müqaviməti ilə qarşılanır. Aİ missiyası şərti sərhəddə müəyyən sakitliyin elementinə çevrilə bilər, lakin bu, Ermənistan rəhbərliyi üçün növbəti illüziya yaratmamalıdır ki, öhdəliklərin yerinə yetirilməsindən yayına bilər".

Ekspert xatırladır ki, ötən iki ilin təcrübəsi Ermənistanın öhdəliklərini yerinə yetirməməsi istiqamətində hər hansı addımının növbəti itkilərə səbəb olduğunu göstərdi: "ABŞ və Fransa da Azərbaycan və Ermənistan arasında normallaşma prosesində, eləcə də birbaşa Ermənistandakı fəaliyyətlərini planlaşdırarkən son iki ilin praktikasını nəzərə almalıdırlar. Niyə yalnız ABŞ və Fransa? Çünki Aİ bunu artıq öyrənib və öz siyasətində tətbiq edir..."

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar