Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşenin kimliyi və hadisənin detalları məlum olub.
“AzPolitika” xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumtlarda həmin şəxsin polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlu olduğu bildirilib.
Məlumatda həmçinin bildirilir ki, o, qızıl qaçaqmalçılığında ittiham olunur.
Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.
Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.
Daha ətraflı videoda:
***
İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.
APA-nın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı araşdırma davam edir.
Məlumatda qeyd olunub ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.
Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.
Şübhəli şəxs M.G.Ş. taksidə olarkən saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
***
İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər.
“Report” xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti yazıb.
Hadisə Sarıyer rayonunda ticarət mərkəzinin yaxınlığında baş verib, burada qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları yoxlama üçün taksini saxlayıblar. Avtomobildə azərbaycanlı M.G.Ş. olub və o, qızılın ona məxsus olduğunu söyləyib. Kişi həmçinin qızıla qanuni sahibliyini təsdiq edən sənədləri təqdim etməyə hazır olduğunu açıqlayıb.
Hazırda İstanbul prokurorluğu araşdırmanı davam etdirir. Hüquq-mühafizə orqanları qiymətli metalın mənşəyini yoxlayır və mümkün hüquqi nəticələri qiymətləndirirlər.

Şərhlər
Ispaniyadakı səfirimiz spirtli içki alveri etmirdi.O da BDU sabiq rektorunun oğlu deyildui?ona kim nə edi ki? brlə ölkə xaricdə biabır edilir.Hakimiyyətin kadrlarlının əksəriyyəti belə tiplərdən seçilirə
Məncə hay-küyə ehtiyac yoxdur, "cəmi" 70 kq...qızıldıda, 70 sentner deyil, 70 ton deyil ki...cənab polkovnik-leytenant ana-bacısına, həyat yoldaşına, qızına, gəlininə və s. hədiyyə edəcəkmiş...
Qızıl kimindir görəsən
Azərbaycana gətirib guya onu mühakimə eəcəklər? aXI BU SADƏ VƏTƏNDAŞ OLA BİMƏZ.hAKİMİYYƏT SADƏ VƏTƏNDAŞI ADAM SATMIR.bU AAM KİMİNSƏ GÖSTƏRİŞİ İLƏ BU İŞLƏ MƏŞĞULDUR.o KİMSƏ ONU MÜHKİMƏ ETMƏYƏ İKAN VERMƏZ VƏ YAMÜHAKİMƏ EDƏN ONA YAXIN DURMAZ.öLKƏ BELƏ SOYULUR.YƏQİN Kİ,BU QIZILIN PULLARI aZƏRBAYCAN BÜDCƏSİNDƏN OĞURLANAN PULLAR HESABINADIR.ƏGƏR BELƏ DEYİLSƏ QOY,İSTİNTAQIN GEDİŞİ BARƏDƏ MÜTƏMADİ XALQA MƏLUMAT VERİLSİN VƏ AÇIQ MƏHKƏMƏSİ KEÇİRİLSİN.
Səfirlikdə təmsil olunanlar 90% biznesmenlərin ovladlari ,Icra hakimlərin uşaqlarıdır.Atası göndərib pul qazanmaga.Avstraliyada səfirliyimizdə ona görə bağlandı.Diplomatlar siqarət və içki satırdılar.Hərbi atteş olasan qızıl alveri edəsən.Hələm eyni biabırçįlıq Həccə gedənlərdə var.Hamsı qızıl alverinə gedirlər.Biznesmen Xarici Işlər Nazirliyi
erməni diplomatlar xaricdə ölkələrini ağılla təmsil edirlər ,bizimkilər alt paltarı , şərab məhsulları ,kenquru südü nə bilim nə işlərlə məşğul olurlar ,sonrada buradakı gerizəkalılar qışqırır ki dünya ermənipərəsdir
“Qafqazinfo” -" tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.". Səfirlikdə təmsil olunursa onda bu diplomat deyil nədir. Diolomatın buynuzu olur. İndi buyursun Xarici İşlər Nazirliyi açıqlasın görək, bu zadda bu qədər qızıl haradandır və bu adam nə işlə məşquldu. Bunu Türk poliisi aşkarlaya bilər. Bəs o qızıl Azərbaycam sərhəddindən necə keçib. Biur də buna aydınlıq gətirmək lazımdır. Sadəcə biyabırçılıq. Bu qədər də pəs.
yazillar adam dpkonsulluqda ishleyir avropada
KLAN UZVULERININ TULALAINDAN HANSININDIRSA.........