ABŞ-nin xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyinə dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib.
Məsələ ilə bağlı Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev “Baku TV”yə danışıb.
“Hadisə oktyabrın 11-i saat 00:16-da baş verib. Naməlum avtomobil səfirliyin inzibati binasına yaxınlaşaraq xidməti avtomobilə atəş açıb və hadisə yerini tərk edib. Xoşbəxtlikdən səfirliyin əməkdaşları avtomobildə olmayıb”, - deyə o qeyd edib.
Diplomat bildirib ki, hadisə ilə bağlı ABŞ Dövlət Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar verilib. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb edilib.
Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibinin sözlərinə görə, bununla bağlı hələlik heç bir tədbir görülməyib.

Şərhlər
Avtomobil necə atəşə tutulub?-Tədqiq etmək çətin deyil. Bütün səfirliklərimizdə xüsusi texniki təhlükəsizlik tədbirləri və ehtiyat faydalı olardı? Ancaq, hər hansı təcavüz, terror, atəş, hərbi işğal, atəş və s. cinayət təşkilatlçıları aranıb, üzə çıxarılmalı və yazılı cavab alınmalıdır-nə üçün, hansı səbəbə?