Menu

AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlanıb

13.10.2022, 15:28
AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlanıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da öz işinə başlayacaq.

Bu barədə "Report" AYB-nin saytına istinadən xəbər verir.

Qeyd edilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

Şərhlər

t.ədalət 2022-10-13 15:51:33

AYB-nin ləğv edilməsi vacibdir.Bu qurumun üzvü olan yazıçılar öz əsərlərində milləti rus imperiyasının köləsinə çevirmək vəzifəsini yerinə yetiriblər.Əsərlərinin qəhrəmanlarında milli qürur hissi yoxdur.Onlar,ya fəhlə,ya qul,ya pambıqçı kimi təsvir olunublar.Qəhrəmanların bəziləri də nicatlarını Moskvaya getmək,orda rus ayaqyolunun qoxusunu daha yaxından duymaq istəyiblər.Odur ki,bu qurumla xudahafizləşmək vaxtıdır.Taleyimizi məhv edən ədəbiyyat nəyimizə lazımdır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol