“Türk axını”nı partlatmağa cəhd etsələr də, uğurla işləyir".
"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
“Eşitdiyiniz kimi, onu da partlatmağa cəhd ediblər... Amma şükür Allaha, bu baş vermədi, uğurla işləyir”, - Putin bildirib.
Rusiya rəhbərinin sözlərinə görə, Rusiya qazı Türkiyəyə tam həcmdə gedir, bu ölkə enerji resurslarının Avropaya tranziti üçün ən etibarlı tərəfdaşa çevrilib: "Bizim karbohidrogen tədarükümüz, o cümlədən qaz sizin istəyiniz əsasında tam həcmdə çatdırılır. Biz də Türkiyədən keçməklə Avropa ölkələrinə tranzit həyata keçiririk. Türkiyə bu gün hətta Avropaya çatdırılma üçün ən etibarlı marşrut olub".
Daha əvvəl Putin bildirib ki, Rusiya qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bu təklifi şərh edərkən bildirib ki, bu, texniki cəhətdən mümkündür və ətraflı öyrənilməlidir.
"AzPolitika.info"

Şərhlər