Menu

“Haber Global”: “İlham Əliyevdən Makrona yaylım atəşi” – VİDEO

14.10.2022, 21:31
“Haber Global”: “İlham Əliyevdən Makrona yaylım atəşi” – VİDEO

Türkiyənin “Haber Global” telekanalı öz efirində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa və onun dövlət başçısı Emmanuel Makron barədə səsləndirdiyi son bəyanatlarına xüsusi yer verib.

Bildirilib ki, Azərbaycan Prezidenti ölkəmizin Parisdəki diplomatik nümayəndəliyinə ikinci dəfə baş verən hücum cəhdinin qarşısını almadıqlarına görə Fransa hakimiyyətini sərt tənqid edib.

Süjetdə həmçinin İlham Əliyevin Astanada mövcud həqiqətləri birbaşa bəyan etdiyi və fransalı həmkarını yaylım atəşinə tutduğu vurğulanıb.

Daha ətraflı “Haber Global”ın videomaterialında:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol