Rusiyada 4 ayrıca ordu formalaşır ki, onlar müxtəlif şəxslərə tabe olur.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov bəyan edib.
Danilov bildirib ki, Rusiya Federasiyasında (RF) faktiki olaraq, ən azı 4 ordu meydana gəlir. Tezliklə onlar öz aralarında münaqişəyə girəcəklər.
Danilovun «NV»-yə müsahibəsində qeyd etdiyi kimi, Çeçenistanın başçısı Ramzan Kadırovun «özünün xüsusi ordusu» var ki, bu ordu şərti olaraq, müdafiə naziri Sergey Şoyquya tabe deyil.
Eləcə də «Vaqner» özəl hərbi şirkətinin («Liqa») sahibi Yevgeni Priqojinin «öz ordusu» var. Daha bir «ordu» da «Rosqvardiya»nın rəhbəri Vikor Zolotovundur. Dövdüncünü isə nazir Şoyquya tabe olan hərbçilər təşkil edirlər.
AzPolitika.info


Şərhlər