“MÖVQEYİMİZ ELƏ OLMAMALIDIR Kİ, 15-20 İLDƏN SONRA BAŞIMIZA DÖYƏK...” – “Dərk etməliyik ki, Qərb bizim dostumuz deyil...”

Arif Əliyev: “Biz gələcəyimizə qarantiyasız baxa bilmərik, hərbi şəraitimizi maksimal dərəcədə yaxşılaşdırmalıyıq”

“Danışıqlar biz gördüyümüzdən xeyli dərindir və bir çox məsələlər artıq razılaşdırılıb”

Ermənistanla Azərbaycan arasında gedən fəal diplomatik danışıqlarda əldə edilən razılaşmalara bu dəfə Fransa Prezidenti Emmanuel Makronun sərsəm bəyanatları, bir növ, kölgə saldı. Vasitəçi qismində çıxış edən rəsmi Paris Azərbaycanda etimadını itirməklə yanaşı, cəmiyyətin və dövlət başçısının sərt təpkisi ilə üzləşdi.

Bununla paralel olaraq, Cənubi Qafqazda Avropa ilə Rusiya arasında ciddi rəqabətin getdiyi, Vaşinqtonun da bu prosesdə fəallığını artırması müşahidə olunur.

Bütün bu proseslərlə yanaşı, silahlar susmur, kiçik miqyaslı da olsa, erməni təxribatları özünü büruzə verir.

“AzPolitika.info” bu proseslərin mahiyyətini və gələcək inkişaf ssenarilərini “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, analitik Arif Əliyevlə müzakirə edib:

- Arif bəy, son zamanlar Azərbaycanla Ermənistan arasında fəal diplomatik təmaslar müşahidə olunur. Vaşinqton, Praqa və nəhayətdə Astanada geniş müzakirələr aparıldı, ABŞ-da və Praqada sənədlər imzalandı. Sizcə, əsas mübarizə platforması Ukrayna olduğu halda, hazırda böyük güc mərkəzlərinin bölgəmizə bu cür diqqət ayırmasının səbəbi nədir?

- Bu fəallıq təkcə Qarabağ deyil, Rusiya ətrafında olan bütün konfliktlərlə əlaqəlidir. Məsələn, Qırğızıstan, Qazaxıstan və Moldovada gedən prosesləri nəzərə almalıyıq. Qərb açıq-aşkar Rusiyanın ətraf ölkələrdə xüsusi rolunu təmin edən bu konfliktləri mümklün qədər tez həll etmək istəyir. Yəni, Rusiyanın bir zamanlar həmin ölkələrin əllərinə keçirdiyi qandalları çıxarmaq istəyir. Bu kontekstdən baxdıqda son dövrlər fəallaşma açıq görünür. Amma sizə deyim ki, gözlənilməz heç nə baş vermir. Sadəcə, Qərb bu siyasətini açıq şəkildə və sürətlə həyata keçirməyə başlayıb. Bu, təxminən 2020-ci ildən götürülən xəttdir.

İkinci səbəb odur ki, Nikol Paşinyan Ermənistanda öz resurslarını bir qədər genişləndirib və mövqelərini bərkidib. Bundan sonra düşündüyü planı açıq və cəsarətlə həyata keçirməyə başlayıb.

- Amma biz görürük ki, Praqada tərəflər bir-birinin ərazi bütövlüyünü bəyanat formasında qəbul etsə də, irəliyə doğru qəti addımlar atılmır. Ümumiyyətlə, müharibənin başa çatmasından iki il ötür. Sizcə, sülh sazişinə doğru hansısa böyük addım gözlənilirmi, yoxsa bu məsələ illər çəkəcək?

- Əslində, bizə elə gəlir ki, real heç nə baş vermir. Lakin sadəcə, biz işin içində deyilik. Əslində, çox ciddi proseslər gedir. Məsələn, cəmi bir neçə ay əvvəl Azərbaycanın irəli sürdüyü şərtlər mübahisələr doğururdu, bəzən etirazlar da səslənirdi. Amma indi həmin şərtlərin istər Ermənistan, istərsə də Avropa tərəfindən qəbulu şübhə doğurmur. Sülh müqaviləsi haqqında əvvəl ehtiyatla danışır, deyirdik ki, sülh sazişi olmayana qədər prosesdə ciddi irəliləyiş əldə etmək mümkün olmayacaq. Amma bu gün söhbət həmin real sənədin hazırlanmasından gedir. Nəzərə almalıyıq ki, bizim bildiyimiz və ya bizə açıqlanan informasiya ola bilsin, baş verənlərin 20-30 faizidir. Təkcə Qarabağ məsələsi deyil, bütövlükdə bütün konfliktlərdə vəziyyət belədir. Qısası, danışıqlar bizim gördüyümüzdən xeyli dərindir və ehtimal edirəm ki, bir çox məsələlər artıq razılaşdırılıb.

Əlbəttə, bu çox mürəkkəb və çətin prosesdir. Söhbət dövlətlərarası komissiyaların yaradılmasından, işindən, delimitasiya və demorkasiya prosesindən gedir. Bu, o demək deyil ki, komissiyalar aktiv fəaliyyətə başlayacaq, oturub qısa müddətə sərhəd məsələsini həll edəcəklər. 30 ildir Gürcüstanla sərhədlərimizin delimitasiya və demorkasiya prosesini başa çatdırmamışıq, hazırda işlər gedir. Eləcə də Rusiya ilə. Yəni bu, uzun və kifayət qədər ağrılı prosesdir. Amma ilkin mərhələdə atılan addımlar olduqca fəaldır. Mən bu prosesin uğurlu olacağı və sonda məntiqi nəticəsinə çatacağına inanıram.

Ancaq aydındır ki, məsələ təkcə Azərbaycanın və Ermənistanın istəklərindən, Türkiyə və Avropadan asılı deyil. Rusiyanın da burada mühüm rolu var. Putin son açıqlaması zamanı aydın dedi ki, Avropanın burada fəallaşmasından narazıdır və buna imkan verməməyə çalışacaq. Bu da Rusiyanın vəziyyətindən asılı olacaq. Əgər Rusiya Ukrayna müharibəsində əlavə təzyiqlərə tab gətirərək möhkəmlənə biləcəksə, bu perspektiv bizim üçün çətin və ağrılı olacaq. Yox, əgər indiki vəziyyət və Rusiyanın zəifləməsidavam edəcəksə, proseslər daha sürətlə gedəcək.

- Demək istəyirsiniz ki, Azərbaycan-Ermənistan münasibətləri tərəflərdən daha çox Rusiya və kollektiv Qərbdən, onların arasında gedən hərbi, siyasi, diplomatik və iqtisadi savaşdan asılıdır?

- Söhbət Rusiyanın öz mövcudluğunu və təsirini saxlamaq imkanlarının nə dərəcədə olmasından asılıdır. Məgər biz istəyirdik ki, Rusiya gəlib Xankəndinin qapısında otursun və bizə problem yaratsın, Qarabağdakı proseslərin məntiqi başa çatmasına imkan verməsin? Bunu nə Prezident, nə xalq, nə də müxalifət istəməzdi. Lakin biz bununla barışmalı olduq. Niyə? Çünki Rusiyanın burada təsir imkanları böyükdür. Baxın, bizdən xeyli güclü olan Ukraynada Rusiya nələr edir. Ona görə də bu faktor nəzərə alınmalıdır. İndi Rusiyanın zəifləməsini qeyd etsək də, ayının hələ gücü çox şeyə kifayət edər. Ümumən Rusiya mürəkkəb məsələdir. 

Məsələ ondadır ki, ruslar Ukraynada məğlub olsa da, biz çətin vəziyyətlə qarşılaşacağıq, qalib gəlsə də, ağrılı və mürəkkəb proseslərdən keçməli olacağıq. Bunlar Azərbaycana təsirsiz ötüşməyəcək. Odur ki, bizim gözümüz həmişə şimala baxır. Təbii ki, bu məsələlər Avropaya da təsirsiz ötüşmür. Təsadüfən demədim ki, Avropanın strateji proqramlarından biri Rusiyanın öz ətrafına təsir imkanlarını saxlayan konfliktləri sürətlə həll etməkdir. Qırğızıstanla Özbəkistan arasında illərlə mövcud olan və həllini tapmayan məsələlərin birdən-birə həllini də bura şamil edərdim.

- Qeyd etdiniz ki, biz istəmədən rus sülhməramlılarını Xankəndinə buraxmalı olduq. Amma Avropa da Rusiyadan geri qalmır. Prezident Makron utanmadan siddia edir ki, Azərbaycan Qarabağı işğal edib, Paris heç vaxt Ermənistanı dəstəksiz qoymayacaq və s. Sanki bu prosesdə maraqlı qüvvələrin hamısı Ermənistanın başını sığallayır, əvəzində bizim üzərimizə gəlir...

- Birincisi, Qərbin mövqeyini belə birməmalı qiymətləndirməzdim, çox adam çox şey deyir. Əsas odur ki, imzalanan rəsmi sənədlərdə, ortaya qoyulan proqramlarda heç “dağlıq Qarabağ” ifadəsi belə yoxdur. Siz müharibədən əvvəl və ya dərhal sonra belə bir mövqeni təsəvvür edirdinizmi? Gördüyünüz kimi, mövqelərdə də dəyişikliklər baş verib və bu, qiymətləndirmə üçün başlıca şərtdir.

İkincisi, biz bir şeyi dərk etməliyik - Qərb bizim böyük dostumuz deyil, Qərb Azərbaycanın dini və milli təəssübkeşliyini çəkən toplum deyil. Elə Avropa İttifaqı da. Təbii ki, onların Ermənistana yaxınlığı, canıyananlığı Azərbaycanla müqayisədə daha çoxdur. Baxmayaraq ki, onlar bir çox hallarda mövcud şərtləri qəbul edirlər, xüsusilə II Qarabağ müharibəsindən sonra yaranan durumu. Amma biz hamımız başa düşürük ki, istər dini, istər milli, istərsə də tarixi bağlılıqlarda onların Ermənistana münasibəti daha yaxın olacaq. Necə ki, nə baş verməsindən asılı olmayaraq, Türkiyə bizə yaxındır. Eyni şərtlər Ermənistanla Qərbin münasibətlərində də mövcuddur, xüsusilə Fransa ilə. Fransa da Avropa Birliyində sonuncu dövlət deyil, əksinə, bu qurumun siyasətini formalaşdıran beş ölkədən biridir. 

Odur ki, biz istər Qərbə, istərsə də başqa istiqamətlərə qucağımızı açanda bilməliyik ki, bu münasibətlərdə hər bir dövlətin özünün marağı və gələcəyə baxışı əhəmiyyətli rol oynayır. Onlar üçün Qarabağın kimdə olacağı üçüncü dərəcəli məsələdir, birinci və ikinci dərəcəlisi öz maraqları, bunun gələcəkdə onlara nələr verməsi, Azərbaycana təsir imkanlarını saxlaya bilib-bilməmələridir. Üstəlik, ortada enetgetika məsələsi var. Eləcə də İran məsələsi. Bütün bunları nəzərə alanda başa düşürük ki, ən yaxın dostumuz özümüzük. İşləri elə ölçüb biçməliyik ki, maraqlarımızı təmin edək. Hələ mən bu məqamları deyəndə güclü erməni diasporasına, onların Qərb siyasətçilərinə təsirinə toxunmuram. Odur ki, bu məqamları nəzərə almalıyıq.

Yeri gəlmişkən, Azərbaycanda daxili siyasətlə bağlı narazılığımız və tənqidlərimiz olsa da, xarici siyasətdə qeyd etdiyim məqamların ciddi şəkildə nəzərə alındığının şahidi oluruq.

- Sizcə, Ermənistanda Nikol Paşinyana qarşı proseslər uğurlu olsa və keçmiş iqtidar nümayəndələri hakimiyyəti götürsə, Rusiyanın indi tutduğu mövqedə ciddi dəyişikliklər baş verə bilərmi?

- Mən bu fikri əsaslı hesab edirəm. Amma Paşinyanın devrilməsini real hesab etmirəm. Ona görə yox ki, xalq arasında Paşinyanın imici çox yüksəkdir. Paşinyanın da səhvləri kifayət qədərdir. Qənaətimcə, daxildə Paşinyana qarşı əsas rəqib keçmiş hakimiyyət olmasaydı, Paşinyan çoxdan hakimiyyətdən getmişdi. Erməni xalqı ən pis variantı keçmiş iqtidar nümayəndələrinin hakimiyyətə qayıtmasında görür. Çünki onların korrupsiyasını görüb, onların dövründə Ermənistanın tam mənada Rusiyanın vassalına çevrilməsini müşahidə edib. Ona görə də, bütün hallarda Paşinyanın zəiflikləri və səhvləri olsa belə, Ermənistanda qərbyönümlü qüvvələr yaranana qədər onu dəstəkləyəcəklər. 

Bu baxımdan Paşinyanın uduzmasını real saymıram. Deməli, bir variant qalır. Kənar zərbələrlə Paşinyanı devirmək və keçmiş qüvvələri hakimiyyətə qaytarmaq. Bu da Rusiyanın ssenarisi ola bilər. Məsələn, Ermənistandakı son seçkilərdə Rusiyanın müxalifətə verdiyi maliyyə və media dəstəyini göstərmək olar. Əslində, növbədənkənar seçkilərdə müxalifətin apardığı prosesin arxasında hansı qüvvənin dayandığı açıq görünürdü. İndiki mərhələdə əgər orada hansısa dəyişiklik olarsa, bu, Rusiyanın dəstəyi ilə ola bilər. Qərb buna çalışmır, Azərbaycan bunda maraqlı deyil. İranın da Ermənistana təsir qüvvəsi o qədər də ciddi deyil. Belə bir şey Rusiyanın vasitəsilə mümkün ola bilər. Çünki bu halda Rusiya Azərbaycana əlavə təzyiq imkanı əldə edə bilər.

- Gördüyümüz odur ki, Azərbaycan-Ermənistan dialoqu və müzakirələri fəallaşdıqca, İrandan da anti-Azərbaycan bəyanatları çoxalır, bu ölkənin rəsmiləri hansısa “qırmızı xəttdən” bəhs edir, İrəvana açıq dəstəyini nümayiş etdirir. İranın belə fəallığı və anti-Azərbaycan bəyanatları nə ilə bağlıdır?

- Bir vacib şərt var ki, Azərbaycan müstəqillik dövründə daim İran üçün təhlükəli görünüb. Çünki Azərbaycanın güclənməsi İranda mərkəzdənqaçma meyllərinə təsir edə bilər və bu, İranda narahatlıq yaradır. İlkin şərt belədir ki, Azərbaycanın inkişafı İran üçün problemlər yarada bilər, xüsusilə əgər İranda qeyri-demokratik rejimdirsə və sanksiyalar səbəbindən bir qədər də zəif düşübsə. Odur ki, Azərbaycanın sabit inkişafını İran indidən özü üçün təhlükə kimi qəbul edir. Son 30 ildə, xüsusilə 44 günlük savaşda İranın necə davrandığını da hər kəs görüb.

Əlbəttə, digər səbəblər də var. Məsələn, logistikanın Azərbaycan üzərindən keçməsi, nəqliyyat xətlərinin genişlənməsi. Bu, İrana olan ehtiyacı da azaldır. Hətta Rusiyanın İrana ehtiyacını müəyyən qədər zəiflədir. Odur ki, bunlar İranın xeyrinə baş verən proseslər deyil və bunların İranda qıcıq yaratması müəyən qədər anlaşılandır. Bunun üzərinə İrandakı qeyri-sabitliyi gəlsək mənzərə bir qədər də aydın görünər. Odur ki, İranın Ermənistana azalmayan marağının səbəbini başa düşmək olar.

- Azərbaycan və Ermənistan arasında fəal danışıqların davam etməsilə paralel Azərbaycan Ordusunun mövqeləri erməni silahlı dəstələri tərəfindən atəşə tutulur. Belə aktiv diplomtik danışıqlar fonunda silahlar nədən susmur?

- Biz məsələyə tərəfsiz jurnalist kimi qiymət versək, bu xəbərlərlə yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlardan tanış olmalıyıq. Orada hansı proseslərin getdiyini dəqiq şəkildə söyləyə bilmərik. Xüsusilə, nəzərə alaq ki, Ermənistan tərəfdə başqa dövlətin də qüvvələri var. Yəni, təxribat cəhdləri var və böyükdür.

Həm də indiki bir tərəfin zəif, bir tərəfin güclü olduğu vəziyyətdə hər kəs özünün maraqlarını təmin edir. Mən onu deyə bilərəm ki, son vaxtlar Azərbaycan belə situasiyalarda özünün mövqelərini xeyli dərəcədə yaxşılaşdırıb. Əldə edilən yüksəkliklər uzun müddət Azərbaycana təhlükə törədirdi və gələcəkdə də təhlükə törədə bilərdi. İndi bu yüksəkliklər Azərbaycanın nəzarətindədir. Əlbəttə, beynəlxalq səviyyədə kimlərsə nəsə deyir, Ermənistan iddia edir ki, bu yüksəkliklər onundur, Azərbaycan oradan çəkilməlidir. Amma Ermənistan-Azərbaycan münaqişəsi yeni başlamayıb, hər iki ölkə müstəqil olduğu illərdən əvvəl başlayıb. Mən yaxın tarix kimi 1918-ci ili deyə bilərəm, hələ ondan əvvəlki tarixə toxunmuram. Bizdə təminat varmı ki, sülh müqaviləsi bağlasaq belə, 15-20 ildən sonra vəziyyət dəyişdikdən sonra Ermənistanda yenidən hansısa qüvvə baş qaldırıb “ora bizim ərazilərimizdir, qaytarmaq lazımdır” deməyəcək? 

O zaman bu mövqelərin və yüksəkliklərin rolu əhəmiyyətli olacaq. Yəni, hərbi-strateji mövqelərimiz elə olmamalıdır ki, 15-20 ildən sonra başımıza döyməyək Sözsüz ki, təhlilçilər bunun əhəmiyyətini başa düşür. Odur ki, nə deyilməsindən asılı olmayaraq, Azərbaycan öz gələcəyi üçün iş görür. Biz öz gələcəyimizə qarantiyasız baxa bilmərik. Biz hərbi şəraitimizi maksimal dərəcədə yaxşılaşdırmalıyıq. Əgər bunun əhəmiyyətini biz başa düşürüksə, sözsüz ki, hərbi strateqlər daha yaxşı anlayır və bunu icra edirlər. O, başqa məsələdir ki, kimsə bunu haqlı, kimsə haqsız hesab edə bilər. Amma mən bunu zəruri addımlar kimi qiymətləndirir və əhəmiyyətini anlayıram. 30 il Ermənistan bizim ərazimizdə oturub yüksəkliklərdən nəzarət edir, ərazilərimizdə taxıl əkirdi. Bütün sərvəti talayıb aparıb. Onlara deyirdilərmi ki, sən çəkilməlisən, müstəqil Azərbaycanın torpalqlarını işğal etmisən? Yox, sadəcə danışıqlar gedirdi, heç kim də məsələni indiki qədər kəskin şəkildə qoymurdu. Bəli, biz anlayırıq ki, indi Avropanın bəzi məsələləri ədalətsiz qiymətləndirməsi mümkün ola bilər, ancaq ölkənin gələcək təhlükəsizlik zərurətini nəzərə alanda mütləq atılmalı addımlar var. Heç bir ölkə, o cümlədən Avropa bizə zəmanət verə bilməz ki, sabah Ermənistanda revanşist maraqlar baş qaldırmayacaq.

Söhbət Ermənistan ərazilərini tutub oradan erməniləri qovmaqdan getmir. Təəssüf edirəm ki, sosial şəbəkələrin Azərbaycan seqmentində belə çağırışlar var ki, niyə dayandıq, irəli getmədik və s. Bu gün tutulan qayalıq və yüksəkliklərdə heç vaxt insan yaşamayıb. Onun insan yaşayışı və ya resurslar baxımından əhəmiyyəti yoxdur. Amma onların hərbi-strateji mənada əhəmiyyəti var. Bu baxımdan keçmişə baxanda və gələcəyə nəzər salanda bu addımları əsaslı hesab edirəm. Biz sabah sülh müqaviləsi imzalamış olsaq da, ən yaxşı şərtlər daxilində bizim zəmanətimiz olmalıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Camal-a əlavə 2022-10-23 18:42:25

Daxildikləri aydınlaşdırmaq heç də çətin deyil.YUxarı vəzifədə olanların.onların cangüdənlərinin həqiqi milli tərkibini müəyyən etmək və onlardan quryarmaq vacibdir.onlar AZərbaycanlılar üçün çoxlu miqdarda yaşam şətinliyi taradıblar və yaradırlar.

Rahim 2022-10-22 10:37:32

Uzun nağılın nətocəsiz sonluğu.oşboğazlıqdan saytlar əl çəkməlidir.Bu uzun bəzəkli sicilləməni oxiyan var?

shukur 2022-10-19 09:29:29

Ədalət bəy Siz deyəsən Qərb dövlətlərinin tarixdəki vəhşiliklərindən bixəbərsiniz.Nə Qərb dövlətləri nə də Rusiyanın Azərbaycana mövqeyi heç zaman müsbət olmayıb və olmayacaqda. Azərbaycan yalnız ölkə daxilindəki birliyi və ədaləti bərpa edib özünü qoruya bilər.

BKM 2022-10-18 19:19:24

Əvvəlki hər üç şərhçinin rəylərilə tam razıyam.

Camal 2022-10-18 18:36:52

Xilasımız daxildəki XAİNLƏRİ izoilə etməkdədir.

korrektor 2022-10-18 16:38:23

Qərb bizi işğalçı rusiyadan xilas etmək istəyir, biz isə bizə uzanmış əli kəsmək istəyirik. Bunu dərk etmək lazımdır! Xilasımız Qərbdədir!

Vətəndaş 2022-10-18 15:16:10

qarantiya verən varmı? GƏLƏCƏYİMİZƏ Qarantiya verməli olanlar..........

t.ədalət 2022-10-18 14:19:58

Qərb bizim dostumuz deyil,ancaq Rusiya qədər düşmənimiz də deyil.Bu günə qədər Rusiya bizə ancaq qətliamlar və faciələr gətirib.Buyur,Qərbin hansısa vəhşiliyini görübsənsə,de,biz də öyrənək

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.