PAŞİNYANDAN YENİ HİYLƏGƏR TƏKLİF... - Ermənistanın Baş naziri indi Bakını nə ilə aldatmaq istəyir?

"Ermənistan Azərbaycanla razılığa gəldiyi təqdirdə yeni yolların tikintisinə hazırdır".

"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter-də yazıb.

Paşinyan yenə də saxtakarlıq edərək, 9 noyabr bəyanatına görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yol tikmək üçün birtərəfli qaydada öhdəlik götürmədiyini iddia edib.

“Bu, Ermənistan və Azərbaycan arasında razılaşma nəticəsində baş verə bilərmi? Bəli! Ermənistan bunu öz qanunvericiliyi əsasında etməyə hazırdır. Buna görə Azərbaycanın müsbət cavabı lazımdır” -deyə, Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyanın dediklərinin əksinə olaraq, bəyanatın 9-cu bəndində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin yaradılması şərti açıq şəkildə qeyd olunub

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir” - deyə, bəyanatda göstərilib.

Bəyanata bu, “Ermənistan nəqliyyat əlaqəsinə zəmanət verir” ifadəsi şəklində salınsa da, nəzarətin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçiriləcəyinin qeyd olunması onun dəhliz statusunda olacağını ehtiva edir.

Paşinyan isə məhz “dəhliz” sözünün yazılmamasından sui-istifadə edərək, müxtəlif bəhanələrlə öhdəliklərindən qaçmağa çalışır. Belə ki, o, bundan əvvəl yazdığı üç başqa tvittdə vurğulayıb ki, üçtərəfli bəyanatda Ermənistan ərazisindən keçən hər hansı dəhliz nəzərdə tutulmayıb.

“Heç kim Ermənistanı öhdəliklərindən yayınmaqda ittiham edə bilməz. Təkrar edirəm, götürülmüş öhdəlikləri icra etmək və regionun kompleks blokdan çıxarılması nəticəsində yaranan imkanlar üzərində işləmək üçün üç buraxılış məntəqəsi açmağa hazırıq “ - deyə, bildirib.

Ancaq rəsmi Bakı haqlı olaraq İrəvanın sərhəd buraxılış məntəqələri açmaq təklifini qeyri-real hesab edir. Çünki bu, faktiki olaraq Ermənistanın öz öhdəliyindən qaçmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Bakı İrəvandan öhdəliklərini yerinə yetirməyi, o cümlədən Zəngəzur dəhlizinin açılmasını tələb edir. Əks halda adekvat addımlar atacaq.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olmalıdır.

Paşinyan isə yalnız “quyruğu qapı arasında qalanda" öhdəliklərini xatırlayır. Başqa vaxt isə müxtəlif bəhanələrlə öhdəliklərinin icrasını ləngitməyə çalışır.

Baş nazir budəfəki açıqlamasında “yenilik” edərək deyir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsini birləşdirəcək yol məsələsi ikitərəfli qaydada razılaşdırıla bilər.

Qeyd etdiyimiz kimi, 2020-ci ilin 10 noyabr atəşkəs razılaşmasında isə sözügedən yola nəzarət Rusiyaya verilir. Məhz bu amil yolun dəhliz statusunda olacağını göstərir.

Paşinyan da “eməni bicliyi” edərək, bəndin bu hissəsini “qüvvədən salmağa” çalışır. Üzdə bu, Paşinyanın Rusiya xüsusi xidmət orqanlarının yola nəzarət etməsini istəməməsi kimi görünsə də, məqsəd yolu dəhliz statusundan çıxarmaqdır.

Təsadüfü deyil ki, o, təklif etdiyi yolun statusu ilə bağlı da ətraflı heç nə yazmır, yalnız bildirir ki, Azərbaycanla razılaşmaya hazırdır. Paşinyan burada problemin Ermənistan qanunvericiliyi çərçivəsində həllini nəzərdə tutur. Ermənilərin hansı xislətə malik olduğunu bildiyimizdən, Azərbaycanın bu təklifə müsbət reaksiya verməsi inandırıcı deyil. Heç şübhə yoxdur ki, Ermənistanın içərisindən keçən yol dəhliz statusunda olmasa, Azərbaycan vətəndaşlarının oradan təhlükəsiz keçidi mümkün olmayacaq.

Halbuki qeyd etdiyimiz kmi, 10 noyabr sənədində İrəvanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinə zəmanət verməsi öhdəliyi var. Bu öhdəlik Naxçıvanla maneəsiz əlaqənin təmin olunmasını ehtiva edir. Azərbaycan artıq öz ərazisindən bu istiqamətdə avtomobil və dəmir yolunu tikib hazır vəziyyətə gətirib. Nikol Paşinyansa müxtəlif variantlarla vaxtı uzatmağa çalışır. Görünür, yaddaşını təzələmək üçün yenidən İrəvanın başına “dəmir yumruq ” endirməyə ehtiyac yarana bilər...

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

dadaşyev 2022-10-21 00:51:51

Biz mütləq Laçın dəhlizini bağlamalıyıq,yoxsa bizimlə Zəngəzur dəhlizi barədə hoqqabazlıq edə-edə duracaqlar.Bağlamalıyıq,deməliyik ki nə zaman Zəngəzur dəhlizini açarsınız o zaman buyurun sizə Laçın dəhlizi.Amma nə qədər ki,Laçın dəhlizi açıqdır ağızları isti yerdədi,bəlkə də Rusiyadan Fransadan-filandan qorxumuzdan bağlamadığızı hesab edirlər. Dəhlizi bağlasaq o saat dünyaya car çəkəcəklər ki ay amaaan,qoymayın,dəhlizi bağladılar.O zaman biz də car çəkərik və daha yaxşı eşidərlər səsimizi ki,bizim dəhlizimiz 90-cı illərdən bağlıdı,ay dünya,heç səsin çıxmır,30 ildən çoxdu narahat olmursan bizlər Naxçıvana ya təyyarəylə,ya da İranın şimalından avtobusla gedib gəlirik,,erməninin dəhlizi bağlanan kimi isə o saat fransız fahişələri kimi tumanını başına çəkib yaxanı-başını cırırsan.Ağıllı başlar onda təbii ki deyəcəklər,a balam,düzdür də,dəhlizinin bağlanmağını istəmirsənsə Zəngəzur dəhlizini açmağa borclusan.

Vahid 2022-10-20 23:23:25

Emil doğru deyir:Laçın dehlizini bağlamaq lazımdır.

Eli 2022-10-20 22:36:32

Bele bir misal var: Dünyada tülküden çıxbilmiş,hiyleger heyvan yıxdur,xez derisi satılan mapazalarda ise tülkü derisinden çox deri yoxdur.Bir de bu çaqqal ermeniker hele de qanmayıbkar ki bu dünyanın öz mizan terezidi var ve o zaman zaman Haqqı nahaqdan ayrd edir ve her şey öz layiq olduğu yerde berqerar olur.

Emil 2022-10-20 17:43:35

Dehliz vermirler sizde Lacin dehlizini baglayin qurtarsin getsin. neye uzadirsiniz?

Son yazılar