MAKRONUN 15 MADDƏLİK QARABAĞI İŞĞAL PLANI... - İranın da iştirak etdiyi planla bölgəni xaosa sürükləməyə çalışırlar

"Azərbaycan torpağı Qarabağa indi də Fransa göz dikib. Fransa Prezidenti Emmanuel Makron Qarabağ üçün 15 maddədən ibarət işğal planı hazırlayıb və bu baradə Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən dəstək istəyib. Makron həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyana danışıqlar prosesini uzatmağı tapşırıb və bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin döyüş meydanındakı uğurları, 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın əlinin güclənməsinə səbəb olur".

"AzPolitika.info" xəbər verir ki, bunu Türkiyənin "Türkiyə Qəzeti" yayımladığı "Makronun Qarabağda 15 maddəlik işğal planı" başlıqlı məqalədə bildirib.

Həmin məqələnin tərcüməsini oxuculara təqdim edirik:

"Fransa 2 min hərbçi ilə qondarma sülhməramlı qüvvə adı altında Qarabağa daxil olmaq planları qurub və pilot bölgə kimi hələ də işğal altında olan Xankəndi şəhərini seçib. Rusiyanın Ukraynada zəifləməsi, Makronun Qarabağdakı işğal planının əsas hissəsini təşkil edir.

Qərb dövlətlərinin hesablamalarına görə, Ukraynada zəifləyən Rusiyanın Ermənistan və Qarabağdakı siyasi, hərbi və iqtisadi mövcudluğu sona çatacaq. Fransa bir tərəfdən Ermənistandakı, xüsusən də Gümrüdəki Rusiya bazalarını ələ keçirməyi, digər tərəfdən isə 2000 əsgərlə Qarabağa girməyi planlaşdırır.

Paşinyanın çoxsaylı məğlubiyyətlərdən sonra hələ də Ermənistanda hakimiyyətdə qala bilməsinin səbəbi, məhz bu layihədə ona verilən rolla bağlıdır. Makron Xankəndi, Xocalı və Xocavəndə muxtariyyət verərək, bu şəhərləri Azərbaycandan qoparmaq istəyir. Makron bu şəhərlərin Avropa Birliyi daxilində ərazilər olacağını iddia edir və digər dövlətlərdən maliyyə dəstəyi istəyir.

Burada növbəti addım Fransa hərbçilərinin bölgəyə göndərilməsidir. Əsas məqsəd Qarabağı bölüb, burada yaşıl zona yaratmaqdır. Makronun hazırladığı plana görə, müstəqilliyini elan edərək, Azərbaycandan ayrılan bu şəhərlərdə bütün dövlətlərin, xüsusilə Aİ-nin siyasi və iqtisadi hərbi attaşeləri açılacaq. Yəni, Fransa burada bir növ peyk dövlət qurmaq istəyir. Bu tədbirlərin maddi-texniki bazası kimi Xocalı aeroportu seçilib. Makron Bakının qarşısını almaq üçün Aİ-nin sanksiya silahından da istifadə etmək istəyir.

Fransanın işğalçılıq planlarıyla paralel hərəkət edən daha bir ölkə isə İrandır. İranın Fransa ilə maraqlı bir əməkdaşlığı var. Bu iki ölkə bölgəni yenidən dizayn etməyin planlarını qururlar. 30 illik erməni işğalı dövründə bir dəfə də olsun sərhədə əsgər göndərməyən, hər iki Qarabağ müharibəsində erməni işğalçılarına dəstək verən İran bugünlərdə "Zəngəzur dəhlizi"nə yaxın ərazilərdə, Araz çayı boyunca hərbi təlimlərə başlayıb. Daha sonra isə İrəvan administrasiyasına birbaşa dəstək verən bəyanatlar səsləndirib.

Bu istiqamətdə Fransa və İran artıq Ermənistana silah dəstəyi verməyə başlayıblar. Bu iki ölkənin dəstəyini arxasına alan Ermənistan Azərbaycanın Daşkəsən bölgəsi ilə sərhədə qoşun yığmağa başlayıb. Xarici qüvvələr Qarabağda həyata keçirməyə çalışdıqları planla bütün bölgəni xaosa sürükləməyə çalışırlar. Əsas plan regionun alov topuna çevrilməsi, yeni bir münaqişə ocağının yaradılmasıdır.

Hazırda regionda təhlükəli bir vəziyyət yaransa da, bu məqamda unudulan bir şey var - Türkiyə-Azərbaycan birliyi faktoru. Artıq Türkiyə ilə Azərbaycan regionda sıradan oyunçular yox, məhz oyun qaydalarını təyin edən güclərdir. 

Bu məsələdə Türkiyənin rolu olduqca kritik önəm daşıyır. Həm NATO, həm də Rusiya ilə qurulan bacarıqlı münasibətlər bu oyunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Bəli, problem böyükdür, lakin Türkiyə-Azərbaycan işbirliyi də bütün bunların üstəsindən gələ biləcək qədər qüvvətlidir".

E.Bəyməmmədli

"AzPolitika.info"

635x100

Şərhlər

Moshu 2022-10-24 12:08:16

Yazıda Türkiyə-Azərbaycan birliyi faktoruna istinad edilir. Bəli, bu faktoru iqnor etmək olmaz. Lakin fakt faktlığında qalır. Məlum filmlərimizin birində belə bir epizod var. Əgər su gəlib səni aparırsa ona sel deməyi unutma. Bəli, bu çox ciddi çağırışdır. Hər zaman bu çağırışa hazır olmalıyıq. Biz İsdrailə də güvənirik. İsrail bizi həmişə dəstəkləyib. Bunları danmaq olmaz. Xatirinizdədirsə, İsrail Ukraynaya silah yardımı etməyə hazırlaşıdrdı. Elə ki, Dmitriy Medvedev bunun yaxşı nəticə verməyəcəyini bəyan etdi, İsrail Ukraynaya silah yardımı fikrindən daşındı. Unutmamalıyıqki, Uinston Çerçillin təbirincə desək İngiltərənin daimi dostu, düşməni yoxdur, onun daimi maraqları var. Hazırki vəziyyətdə də hər ölkənin öz dövlət maraqları var... Bizim Ordumuz daim ayıq-sayıq, əli tətikdə olmalıdır. Xarici diplomatiyamız mürgüləməməlidir. Səfirlərimiz şərab alverindən imtina edib, əsas işlərinin qulpundan yapışmalıdırlar. Qeyri-rəsmi də olsa hər səfirliyimizə bir sponsor təhkim etməliyik, çünki onların da ailə, məişət problemləri var. Bu problemləri biz qarşılamalıyıq ki, onlar da əsas vəzifələri ilə məşğul olsunlar. Əgər sahibkarlarımız paranı bu məmləkətdə qazanırlarsa zəhmət çəksin əlini daş altda qoysun. Vergi orqanları da sahibkarlarımızın qanını sormasınlar. İnanın ki, Fransa və ya onun xalası oğlu gəlib torpağımızda pərçimlənsələr bizim müstəqilliyimizə bir qoz. Yenə yadıma bir lətifə düşdü. İki kəndin camaatı torpaq üstündə bir-birilə davaya çıxır. Kim kimi vurdu, kim kimin qanını axıtdı. Bu kəndin sakini o biri kəndin sakininin başını yarır. Başı qanayan kəndçi başını qaldıranda görür ki, bunun başını yaran onun kirvəsidir. Bu kirvə o biri kirvədən soruşur ki, bu nə məsələdir, biz ki, kirvəyik, ayıb deyilmi?. Cavabı o olur ki, ayə başını bəri elə dava el davasıdır. Bəli, dava el davasıdır. Hazırda bizim əsas vəzifəmiz bütün platformalarda işimizi davam etdirməliyik, təbliğatımızı gücləndirməliyik, müdafiəmizi düzgün təşkil etməliyik, İranda yaşayan soydaşlarımızla, Mərkəzi Asiya ölkələriylə əlaqələrimizi yeni müstəviyə qaldırmalıyıq. Bir sözlə işimizdə heç bir boşluq qalmamalıdır. Yalnız bundan sonra rahat nəfəs ala bilərik.

Moshu 2022-10-24 09:12:13

Hörmətli Admin, bu maddələrin mətnini nə cür əldə etmək olar? Admin: Yazı https://www.turkiyegazetesi.com.tr.-də gedib.

Şshin 2022-10-23 21:49:22

Mollaların xalası ölde yiyəsiz qalıblar indi makaron yiyə çıxıb

Elchin 2022-10-23 20:53:45

Hindistan- Iran- ermenistan xetti fransanin layihesidir. Bu savashdan qalib chixsag dunya dovletleri ichinde hemisheik layiqli yerimizi tutacayig. Tanri turku gorusun!!!

Eli 2022-10-23 16:58:53

Makronun ve ona benzerlerin “İşğal planı” başkarına deysin.Eger onların bizim Türk dilinde desek “ Kişilikleri” çatırdısa ele 44 günlük müharıbede daşnaklara kömek ederdiker.Artıq gecdir onlar heç ne ede bilmezler, eksine sonrakı hadisler ermenikerin ziyanına işleyecek.Yeni bunlar öz daxili audiyoriyskarı üçğn çalışurlar.Bir de burda xristian teessübkeşliyi var onlar ABŞ Avropa başda olmaqla tüpürğbler Haqqa Edalete Beynelxalq hüquqa.Bu dünyada her şeyi kapital ve hüc hell edir.

Cəmşid Dərələyəzli 2022-10-23 16:51:12

Makron Avropanın təlxəyi rolundadır və bu nədənlə də Avrupada onu ciddi bir fiqur kimi qəbul etmirlər. Ona görə də onun "planı" başına deysin. İkici bir tərəfdən Azərbaycan, Türküye . İsrail və Pakistan ittifaqı (hələ Türk dilli ölkələri də demirəm) onda gerek ne gendə olsun ki, toy toxlusu Makron gəlib bizim coğrafiyada at oynatsın. Üçüncüsü və ən əsası bəyəm ermənilərin bu coğrafiyadakı anası-Rusiya ölüb ki, onun əyalətini Makronla molla gəlib işğal etsin, hələ bir hərbi bazasına da əl qoysun. Cəfəngiyyat yorumdur.

dadaşyev 2022-10-23 16:34:01

Makron-Xameneyi gizli sövdələşmələri məlum idi,azcıq məntiq yürüdülüncə hər şey bəlli olur.Bir neçə gün əvvəl bu barədə şərhimdə də demişəm ki,İranın Araz boyunca qoşun yığması ermənistana qəfil missiya göndərən Qərbin planının tərkib hissəsidir.Zahid Oruc isə deyirdi ki,Qərbin missiyası İranın yanlış siyasəti nəticəsində gəlib Yerevana.Cənablar,biz Fransa səfirini ölkədən çıxarmalıyıq və Laçın dəhlizini bağlamalıyıq.Həm də gecikmədən.Fransa səfiri "persona non qrata" hesab edilməlidir.Və bunu dünyaya durmadan tirajlamalıyıq səbəbini açıq-aşkar deyərək.Nəyi gözləyirik,başa düşmək olmur.Biz həmişə gecikməliyikmi?Fransa aşkar bizə düşməndirsə nəyimizə lazım onun səfiri yəni?Əksinə,içimizdə oturub agentləriylə hər cikimizi-bikimizi öyrənib Yerevana ötürür.

BKM 2022-10-23 12:52:06

Fake news...

Epiloq əvəzinə Müqəddimə 2022-10-23 12:47:36

Bu hiylələrin konsenssuz Azərbaycana qarşı tələsi azadlıq mücadiləsi dövründə Kreml tərəfindən ermənilərin zorla Qarabağa qaytarılması ilə qurulub! Şahı belə mat qoyurlar. Qrikor sektasının soyqırım terrorunun doğma yuvasından məhrum etdiyi azərbaycanlı ailələrinin sayı bu gün təqribən üç milyon olmalıdır?!

Türk 2022-10-23 10:28:40

Bu nənəsi yaşda qadına evlənən üzdən iraq Türkün düşmənidir. Mən fransız dilini bir az biılirəm. Həqiqətən bu üzdən iraqdır.

t.ədalət 2022-10-23 10:15:50

erməni qadının sidikliyindən çıxan Makronun bölgədə fəallaşmaq istəməsi Rusiyadan qaynaqlanır.Həmişə Rusiya ilə birlikdə ermənistanın yanında olan Fransa hakimiyyəti regionda Rusiya-İran və Fransa üçlüyü yaradıb.Ola bilsin ki,tezliklə Yunanıstan da bu xəyanətkarlara qoşulsun....

Azər 2022-10-23 10:11:52

makaron da deyəsən, jak şirak kimi qudurub… fransız əsgərləri Azərbaycana gəlsələr onları burda ərə verərdik…

Son yazılar