Menu

Rişi Sunak Britaniyanın yeni Baş naziri olub

24.10.2022, 17:24
Rişi Sunak Britaniyanın yeni Baş naziri olub

Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri olub.

"Report" xəbər verir ki, onun 180 mühafizəkar deputat dəstəkləyib, yeganə rəqibi Penni Mordont isə 30 səs belə toplaya bilmədiyindən namizədliyini geri götürüb. Nəticədə R.Sunak avtomatik olaraq Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri seçilib.

Bununla da 42 yaşlı siyasətçi Britaniya tarixində son 200 ilin ən gənc Baş naziri olub.

Qeyd edək ki, Hindistanəsilli R.Sunak 1980-ci ildə Böyük Britaniyada doğulub. O, sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini, Boris Consonun dövründə isə maliyyə naziri işləyib.

Xatırladaq ki, Liz Trass oktyabrın 20-də 45 günlük hakimiyyətindən sonra istefaya gedib.

Şərhlər

dadaşyev 2022-10-25 01:58:17

Maraqlıdır ki,Qafqaza münasibəti necə olacaq?İngiltərənin dövlət kursunu,təbii ki,dəyişdirəmməz; İngiltərə bizə tərəfdir,erməniyə qarşıdır.Amma dünyanın işini bilmək olmaz,axı İngiltərə üçün daimi dost yoxdur,daimi maraqlar var.Yoxsa niyə bu dar macalda İngiltərə kimi mühafizəkar bir ölkəyə baş nazir qeyri-ingilis seçilsin?Həm də niyə məhz Hindistan əsilli?Hindistan erməni-fars dəyirmanına su tökməyə başladığı üçünmü?Ay millət,bu adam bizə qarşı olarsa o zaman Liz Trassın niyə anidən istefa etdiyi,Boris Consonun niyə yenidən baş nazir olmaq istəməməsi bəlli olacaq.Deyəcəyik ki vicdanlı adam imişlər,Amerikan-fransız oyununda yer almaq istəmədilər deyə kənara çəkildilər.

B.Qarabağlı 2022-10-24 21:56:23

BBritaniyanın bu seçimimin ikiqat səmərəli saymaq olar. Həm gənc, həm də dövlətin maliyyəsini artıq idarə etmiş şəxs Baş Nazir seçilib!

Internetdən məlumat 2022-10-24 18:20:29

Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri olub.
Internetde məlumat var : Rişi Sunakın yaxın qohumlari Hindastanda böyük biznes ilə məşquldurlar
və bunlar ...........putinin adamlarıdır.
Londonun meri vəzifəsində Pakistan əsilli birisi fəaliyyət göstərirdi.
Diktator putin rejiminin sonu yaxınlaşır və ...................................

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol