Menu

“Azərbaycan Zəngəzuru götürməyə hazırdı” – “Bəzi KTMT müttəfiqləri Azərbaycanı dəstəkləyirlər”

25.10.2022, 17:01
“Azərbaycan Zəngəzuru götürməyə hazırdı” – “Bəzi KTMT müttəfiqləri Azərbaycanı dəstəkləyirlər”

"Azərbaycan hərbi hərəkətləri ilə Ermənistanın Syunik (Zəngəzur red.) vilayəti üzərində nəzarətini qurmaq istəyir".

"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, belə bir saxta iddia ilə Ermənistan parlamentinin Müdafiə komissiyası sədrinin müavini Armen Xaçatryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) parlamentlərinin müdafiə komissiyalarının iclasında deyib.

O, habelə iddia edib ki, Naxçıvanda Türkiyə birləşmələrinin hesabına Azərbaycan Silahlı Qüvvələrinin kontingenti arta bilər: “Azərbaycan Ermənistanın ərazisinə iddialarını açıq şəkildə bildirir və ölkənin cənubundakı Syunik (Zəngəzur) vilayətində nəzarəti ələ almaq məqsədilə fəal hərbi hərəkətləri davam etdirməyə hazırdır. Bu, Azərbaycana Naxçıvan Muxtar Respublikası və onun vasitəsilə Türkiyə arasında əlaqə yaratmaq imkanı verə bilər və o, bunun nəticəsində "dağlıq Qarabağ"ın təcrid olunmuş ərazisi üzərində tam nəzarətə malik ola bilər. Biz Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialının Türkiyə birliklərinin hesabına artmasını istisna etmirik...”

Xaçatryan erməni xislətini göstərərək, yalan iddialarını davam etdirib,  Azərbaycanın “Ermənistanın suveren ərazisinə daxil olduğu bir vaxtda” KTMT-nin susqunluğunu və hərəkətsizliyini tənqid edib. Hətta həyasızcasına təşkilatın niyə heç bir hərbi addım atmamasının və Ermənistana humanitar yardım göstərməməsinin səbəbini soruşub: “Niyə Ermənistana hərbi yardım göstərilməsinin istisna olunmasına dair qərar çıxarılıb. Nə üçün müttəfiq ölkəyə qarşı təcavüzə və onun ərazisinin işğal olunmasına heç olmasa bəyanatlar səviyyəsində reaksiya yoxdur? Nə üçün Ermənistanın suveren ərazisi “mübahisəli ərazi” adlandırılır?”

Xaçatryan əlavə edib ki, bəzi KTMT müttəfiqləri Azərbaycanı dəstəkləyirlər. Onun sözlərinə görə bu, Ermənistan cəmiyyətinin “əhəmiyyətli hissəsinin” oktyabrın 24-də İrəvanın mərkəzində etiraz aksiyası keçirməsinə səbəb olub.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol