Menu

“RF-nın Ukraynada “çirkli bomba” bəyanatı absurddur” – Stoltenberq

25.10.2022, 18:02
“RF-nın Ukraynada “çirkli bomba” bəyanatı absurddur” – Stoltenberq

Rusiya Federasiyasının bəyanatı absurddur ki, guya Ukrayna «çirkli bomba» tətbiq etməyə hazırlaşır.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq POLİTİCO-ya müsahibəsində bəyan edib («UNİAN»).

O, qeyd edib ki, Rusiya yalan bəyanatlardan Ukraynada müharibə eskalasiyası üçün istifadə etməməlidir.

Stoltenberqin sözlərinə görə, «Ukraynanın öz ərazisində «çirkli bombadan» istifadə etməsi barədə danışmaq absurddur - «bu ərazilərin azad edilməsi uğrunda Kiyev qətiyyətlə mübarizə aparır».

«Bizi narahat edir ki, görmüşük, Rusiya əvvəllər Suriyada, həm də bilavasitə fevralda müharibənin əvvəlində və ya müharibədən əvvəl özü etməyi planlaşdırdığı məsələdə başqalarını günahlandırır» - Baş katib deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol