“Dediklərimdən peşman deyiləm” - Çingiz Abdullayev jurnalisti təhqir etməsi barədə

"Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcləyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

"AzPolitika.info" xəbər verir ki, bunu "Gununsesi.info"-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini, xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistləri təhqir etməsi barədə suala cavabında bildirib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

Xatırladaq ki, media təmsilçilərindən birinin AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı Xalq yazıçısının təhqiri ilə qarşılanıb.

Çingiz Abdullayev ona sual verən jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.

Bu açıqlamasına görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.

635x100

Şərhlər

Qormaz 2022-10-30 11:17:24

Çingiz Abdullayev öz ağlına görə düz deyir.Çünki onun anlayışı o qədərdir.Çox ərkəsöyün yerişib.Amma gərək bu yaşa qədər o Azəbaycan dukundə rus aksenti lilə danışmayaydı.İnsan özünü mənsub edildiyi cəmittərə aid etmək istəmir və hörmətsizlik edir.Buna da tapşırılan budur.

Abbas 2022-10-29 07:42:27

Bu özündən razı necə xoruz kimi özünü dartıb.Gülməli görünmürmr?

Seyid ƏNHU 2022-10-27 21:46:06

Çingiz Abdullayev rusdur. O, rus xalqına, rus dilinin inkişafına, rus ədəbiyyatının pərvərişinə xidmət edir. Ay adam çıx get ölkəmizdən. Səni sevmirik və sebməyəcəyik. Miilətin içində yad və ögey görünürsən. Dünya səni tanısa da millət səni tanımır. Heç vaxt xalqın yanında göünməmisən. Səni ancaq televizorda böyüklərin böyründə gülümsəyən görmüşük.

t.ədalət 2022-10-27 20:59:33

Çingiz bir vaxtlar Yazıçılar İttifaqının binasınba məxsus yerdə səs-küyə səbəb olan "ermənicə" kafe açmışdı.O həmişə pul ardınca qaçan birisi olub.

təklif 2022-10-27 18:09:39

Hormetli azpolitika.info oxucuları, düzgün olardı ki , siz , bu kobud - mədəniyyətsiz,, harın , rusdilli, yüngül janr yazıçısı Çingiz Abdullayevə, ictimayi SƏRT TƏNBEH ELAN EDIN jurnalisti təhqir etməsinə görə və ona əlavə XƏBƏRDARLIQ EDILSIN ki, növbəti ictimayi qərara əsasən, o , kənar ediləcək vəzifəsindən Yazıçılar Birliyindən.

Tahir 2022-10-27 17:00:53

Bir ataklar sozu var .. yuku zer olsada

məsləhət 2022-10-27 16:39:43

Internetdə məlumat var idi ki, bu yazıçı rus dilində yazır , sonra isə yazdıqları tərcumə edilir Azərbaycan dilinə. Так что, товарищ Чингиз Абдуллаев, ты кушаешь ХЛЕБ Азербайджана и поэтому ты ОБЯЗАН написать и на языке Азербайджанского НАРОДА . ПОРА ПРИЗНАВАТЬ ДОПУЩЕННЫЕ ОШИБКИ .

Aqil 2022-10-27 16:30:04

Bu həya.abır məsələsidir.Peşman olmaq da olar,olmamaq da!

Osman 2022-10-27 16:21:13

İnsanların şəxsiyyəti və davranışı çox şeylərdən xəbər verir.

Mirzəli 2022-10-27 16:19:31

Çingiz bəy,sən AYB-nin sədr müavinisən və orada gedən prodeddləri bilmək borcunuzdur.bundan başqa əgər xəbəriniz hansısa səbəbdən olmayıbsa jurnalistin sualına adınıza yaraşan tıırzdə cavab verə bilərdiniz.ancaq təhqir ritorikasını seçmək Sizə heç vaxt bəraət qazandırmaz.insanın böyüklüyü səhvini qəbul etmə bacarığıdır.Əfsus ki, Sizdə özünə arxayınlıq və yekəlik hissi üstün gəlib.Çox təəsüf kibelə yazıçılarımız var....

Çingiz Abdullayevə 2022-10-27 16:10:06

Bəs Çingiz bi açıqlaması ilə heç ölüb,utanmır? Bu nə öaündən razılıqdır? Kim Sizə insanları təhqir etmək səlahiyyəti verib? Hələ sən utanmalısan ki, adın Çingiz.soyadın Abdullayev olduğu və bu yaşda hələ ana dilini sərbəst.səlist və təmiz danışa bilmirsiən.bir də ki, sən AYB-nin müavinisiniz.Soruşulan məsələdən xəbəriniz və iştirakınız olmaya bilməzdi.

dadaşyev 2022-10-27 15:47:53

Heç olmasa susmağı bacar,çünki danışdıqca batırsan.Dediklərindən peşman olsan da,olmasan da düz etməmisən.Yazıçı o cür cavab verməz nə jurnalistə,nə çobana,nə traktoristə,nə yumurtasatana.Çünki digər bütün peşə sahibləri siz yazıçıları əlçatmaz hesab edir.Yuvarlanmayın aşağılara.Ümumiyyətlə,Yazıçılar Birliyi nə olan şeydir ki ona hələ 200 min manat ayrılsın sədr seçkisi üçün?O boyda Dostoyevski,Puşkin,Viktor Hüqo ,Cek London ,Çexov,Axundov,Sabir, Bulqakov,Jül Vern,Drayzer,Güntəkin və sair və ilaxırlar Yazıçılar Birliyinin üzvü olublar?Üzvü olmayıblarsa kim deyər bu dünya şöhrətli yazıçılar yazıçı olmayıblar?A balam,sovetin ideologiya maşınına ruporlar lazım idi,ona görə sifarişlə yazanları birlik deyə bir yerə yığmışdı,bitdi də SSRİ.Bitdi.Əgər yeni dövrə uyğun deyilsinizsə yol verin,gənclər gəlsin sözünü desin yazı sənətində.Aqşin Yenisey,Kəramət Böyükçöl,Mirzə Hacıyev və sair həqiqi yenilikçilər.Yoxsa vallah millətə elə gəlir ki,sovetdən qurtulduq,amma sovetdəkilər Domokl qılıncı kimi başımızın üstündədirlər.O ki qaldı əsərlərinə,özün də bilirsən ki,detektiv ədəbiyyat ciddi ədəbiyyat deyil,macəra ədəbiyyatıdır,yüngül janrdır.Elə 200-dən çox kitab yazmağın da bunu göstərir.Dostoyevski bir ilə bir kitabı ancaq yazıb ərsəyə gətirirdi,çünki psixoloji,ciddi romanlardır.Və ona görə də heç təsəvvür etmək mümkün deyil ki,Dostoyevski jurnalistə belə səviyyəsiz cavab versin.Hələ onu demirəm ki,Dostoyevskiyə heç belə sualı verən jurnalist də olmazdı,çünki çox acınacaqlı yaşayırdı o böyük ədib.Çarın himayəsində deyildi yəni.Bu gün yarıac idisə sabaha heç gümanı yox idi qarnına bir tikə çörək ata biləcəkmi ya yox.Bax əsl yazıçı elə olur.Elə olmasa ciddi ədəbiyyat yarada bilməz yazıçı,xalqı anlamaz.Ayda bir kitab yazar sənin kimi.Donqili kitablar.

məmmədqulu 2022-10-27 13:25:28

O qədər harınlamısınız ki, hətta jurnalistləri belə adam saymırsınız. P.S.Balıq başdan iylənir!!!!!!!!!!!!!

Son yazılar