ABŞ NATO BAZALARINA NÜVƏ BOMBALARI GÖNDƏRİR! – Pentaqon müttəfiqlərin təhlükəsizliyini artırır

Moskvanın öz ballistik imkanlarını nümayiş etdirən hərbi təlimlərinə cavab olaraq, ABŞ NATO bazalarına “B61-12” tipli taktiki nüvə bombaları göndərməyə hazırlaşır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ bu bombaları bir neçə həftə ərzində NATO bazalarına göndərməyi planlaşdırır. Nəşr qeyd edir ki, “B61-12” nüvə bombalarının gücü - 0,3, 1,5, 10 və 50 kilotondur. Müqayisə üçün 1945-ci ildə Xirosimaya atılan bombanın məhsuldarlığı təxminən 15 kiloton idi.

Qeyd olunur ki, hazırda Avropa ölkələrindəki bazalarda 100-ə yaxın köhnə sistemli “B61” bombası var. ABŞ-ın yeniləmə prosesi ilə NATO-dakı müttəfiqlərinin təhlükəsizliyini artırmaq istədiyi bildirilir.

Həmçinin qeyd olunur ki, Avropaya göndəriləcək nüvə bombaları B-2 gizli bombardmançıları, F-15, F-35 və "Tornado" kimi kiçik döyüş təyyarələri də daxil olmaqla müxtəlif təyyarələr tərəfindən atıla bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

AzPolitə, The Telegraph a mən 2022-10-29 17:33:19

Azərbaycan özündən üç dəfə az erməni terrorçularının əcnəbi Lobbinin təhriki və Xarici Hərbi gücün dəstəyi ilə 35 il Hərbi İşğalda saxlandığından hər hansı Hərbin əleyhinədir! Ancaq, Kreml Nüvə arsenalını Ukrayna ərazisinə yeridibsə, NATOnun da Nüvə bombalarını qərbdən Ukrayna ərazisində yerləşdirməsi daha ədalətli və adekvat olmurmu?

Son yazılar