"BU, ARXADAN ZƏRBƏDİR..." - Qafqaz Müsəlmanları İdarəsindən İrana qarşı sərt bəyanat
"İran dövləti müsəlman əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir"
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə əlaqələri inkişaf etdirmək yönündə xoş məram və əməli addımlar nümayiş etdirir. 2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət, qeyri-konstruktiv mövqe və açıq düşmənçilik meylləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur. Azərbaycan dünyəvi hüquqi-demokratik dövlət olduğundan siyasi, iqtisadi məsələlərə dair mövqenin ifadə olunması dövlət rəsmilərinin vəzifə və məsuliyyətidir. İran müsəlman dövləti olduğundan teokratik İranın dini cameəsi, bir qayda olaraq, siyasi hadisələrə dair şərhlərlə çıxış edir. Azərbaycanın dini mərkəzi olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət bildirməyi özümüzə borc bilirik.
İran ilə Azərbaycanı bağlayan tarixi mənəvi dəyərlər arasında dini amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış reallıqdır. Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etməlidir.
Dost, qardaş dar gündə tanınar. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşımışdır. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız tərəfindən qınanılır.
Uzun illər ərzində əsl qardaş və dost kimi İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən müsəlman ölkələrindən fərqli olaraq İİR Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş müvafiq qərar və qətnamələrə məhəl qoymamışdır. Bu, islamı birlik və məzhəbi yaxınlıq amalları ilə bir araya sığmayan münasibət Azərbaycan dindarları tərəfindən qəbul olunmur, heysiyyatlarına toxunur.
Tarix hamımızın yadındadır. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı, məscidlərimizi tövləyə çevirərək İslamda haram buyurulan heyvanlarla həqarət etdiyi zamanlarda, müsəlman Azərbaycan qadın, qoca və uşaqlarını qətliam etdiyi, Xocalıda soyqırım törətdiyi, milyona yaxın azərbaycanlını dədə-baba yurdundan məcburi çıxardığı, qaçqın həyatı yaşamağa məhkum etdiyi, torpaqlarımıza od vurub viran qoyduğu günlərdə İran dövləti bu vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını pisləyən hər hansı qəti bəyanat belə səsləndirmədi. Halbuki, Azərbaycan xalqı qonşu İran İslam Respublikasından bu faktların qınanılmasını, pislənilməsini gözləyirdi. Qarabağda və Qərbi Azərbaycan ərazilərində məscidlərimizi yerlə yeksan edən ermənilər dünyanın gözündə guya məscidlərə qayğı göstərən dövlət imici yaratmaq məqsədilə Şuşadakı Yuxarı Gövhərağa məscidinin və İrəvandakı Göy məscidin «bərpa» etdirərkən prosesi həyata keçirən İran şirkətləri məscidlərin azərbaycanlılara məxsusluq mənşəyini dəyişdirərək, əslində, ermənilərin vandal əməllərini malalaylblar.
Atalarımız gözəl deyib – uman yerdən küsərlər. Biz bütün bunlara rəğmən, İran ilə qonşuluq münasibətlərinin yüksək səviyyəsinin inkişaf etdirilməsini hər zaman vacib saymış, həm də orada yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qalmamışıq.
Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub. İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir.
Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir.
Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli - Habil-Qabil hadisəsinin olduğunu unutmayaq.
Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir.
İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər. Haqlı, ədalətli Vətən mücadiləsində Zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtan, iftira yağdıran İranın bəzi imam-cümələrinin fikirləri Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır.
Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir. Onun üzərindən yalnız dostluq körpüləri qurula bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırarkən söylədiyi kimi: “Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir... Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhədidir”.
Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir.
Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik. Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu bizim üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət rəhbərimizi dəstəkləyirlər.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Bəs hara getdi Xamyeyənin fətvası?
Yəni nəhayət bütün Qafqazın Ruhani idarəsi olaraq sizlər də anladınız ki,İran heç də müsliman ölkəsi deyil,terroru himayə edən islam maskalı həşşaşi tiryaki bir dövlətdir.Anladınız ki,Həsən əs-Sabbahın da əmmaməsi və saqqalı olub,qurduğu ilk fars terror dövləti də ismaili islam dövləti adlanıb.Əbu Cəhlin də,Əbu Ləhəbin də saqqalı və əmmaməsi olub,əllərindən də təsbeh düşməyib.Bütpərəst mərasimlərində onlar və onların cəhənnəmlik dost-tanışları da Kəbə ətrafında dövr ediblər Rəsulillahın Məkkəni fəthinə qədər.Sizlər bu günə qədər anlaya bilmədiniz ki,təəssübkeşlik ayrı şeydir,həqiqət ayrı şey.Sizlərə yalnız Əbu Talibin Məkkə kafirlərinə ölüm ayağındakı sözlərini demək yerinə düçər.”Sizlər qorxdunuz.Dinləməkdən belə qorxdunuz”.On minlərlə öz Azərbaycanlı bacı-qardaşlarınızın erməni işkəncələri altında çığırtılarını eşitməkdən qorxdunuz,fəryadlarına qulaq tıxadınız on illərlə.Bu gün İranın vəziyyətinin rusca olduğunu görüb bəyanat verirsiniz.Bilin və agah olun.Artıq İran molla rejimi bitmək üzrədir,bunu özünüz də anlayırsınız,ona görə bu bəyanatı verirsiniz.Bütün Cənubi Azərbaycan ayaqdadır artıq.Geri dönüş mümkün deyil artıq.Bir ay tez,iki ay gec,sonu gəlib əmmaməli tiryəksifətlərin.Bir sıravi vətəndaş kimi məndən soruşsalar ki,a dadaşyev,sənin fikrin nədi bizim Ruhani İdarəmizin dediklərinə,daha doğrusu,gecikmiş etirafına,deyərəm vallah yıxılan ağacın üstünə hamı gələr,baltalı da,baltasız da.Bu da o qəbildən yəni.Ruhani İdarəsi anında cavab verməliydi İrandakı haqsızlığa.Anında.Çünki Allah adına danışır.”Bismillahir Rəhman ir-Rəhim” deyib başlar sözünə.Sən görmürsənmi ay yarımdır İranda uşaq-böyük,qadın-kişi dövlət tərəfindən məhv edilir?Görmürsənmi?Korsanmı?Karsanmı?Eşitmirsənmi?Oxumursanmı?Qulaqlarını tıxamısanmı?Hörmətli cənab Prezidentimiz Cənublu bacı-qardaşlarımıza arxa durdu Allaha şükür.Sən hardaydın bəs?Niyə susurdun?Onların arxası yoxdur,bir tək güvəndikləri bizik,səsini sən də çıxardaydın da Ruhani İdarəsi olaraq.
Gecikmiş beyanatdır.
Təəssüf ki insanlarımız hələ də Başa düşmürlər ki İran müsəlman dövləti deyil, farsın dini islam deyil, uydurulmuş dinə itaet eden islam dusmenleridirler, Allaha asi olan müşriklərdir
Belə danış,deyim çox yaşa.