Menu

Güney Azərbaycandan Amuliyə cavab - İlham Əliyev və Ərdoğanın şəkilləri divarlara vuruldu + FOTOLAR

09.01.2025, 20:26
Güney Azərbaycandan Amuliyə cavab - İlham Əliyev və Ərdoğanın şəkilləri divarlara vuruldu + FOTOLAR

Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab verib.

"AzPolitika" "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

Fotoların üzərində "Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!" və "Yaşasın Şam fatehi Ərdoğan rəis!" yazılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.

Xatırladaq ki, ötən il dekabrın 19-da Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib.

Şərhlər

dadaşyev 2025-01-10 00:54:45

Familiyaya bax daa. Saçından saqqalından da utanmır mən ölüm. Ayıbdu ee vallah.Necə yəni Amuli?Bunun ulu babasının adı nə olub ki?Nəsil söhbəti düşəndə hər halda döşünə döyə-döyə deyir ki "Bizə də amulılar deyərlər haa".

Cəmşid Dərələyəzli 2025-01-09 14:10:08

Alkış cesaretine, alkış hünerine. Oyan, oyan Tebrizim. Bil ki zaman artıq türkün zamanı. Oyan ki, iki yüz ilden artıqdır Arazın bağrına sancılmış xəncər çıxarılsın. Bitsin bu həsrət, teller oynasın.

OKR 2025-01-09 10:59:35

Məhəmməd Rza-şah Pəhləvi farslardan konfet düzəldib dünyaya sıramağa çalışırdı.1979-cu ildə farslar əsl kimliklərini göstərib Amili kimiləri hakimiyyətə gətirdilər.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol