Bakıda 33 yaşlı birjaçı Alışan Nizaminin 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edildiyi barədə məlumat vermişdik.
“AzPolitika” “qafqazinfo”-ya istinadən xəbər verir ki,zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi haqda məlumat əldə edib.
Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Fotoda: Akif Alışanov
.jpg)
Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.
.jpg)
Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.

Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.
"AzPolitika" xatırladır ki, Zeynal Usubov daxili işlər naziri Ramil Usubovun qardaşı oğludur. Onun atası Mütəllim Usubov da uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onun sözügedən platformada 945 min dollar vəsait xərclədiyi bildirilir.

Zeynal Usubov
Bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadə isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

Məhəmməd Məmmədov
Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.
Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Alışan Nizami

Şərhlər
Mən də səbirsizliklə gözləyirəm ki, 80 manatı 150 manat nəvaxt edərlər? ... talıbov illik 38 milyon dollar rüşvət alanda(təkcə gömrükdən) bu tısbağaya oxşayan milyonlar yeyəndə əlbəttə xalqa 3 barmağın həndəsi fiquru qalacaq.
Hələ bu qohumların kimlikləri aha əcaibdir.Bular milli qarışıqlar.əslən erməni olub ad-soyad dəyişənlər , onlatla qohim olanlar və yezidi kürdlərdirlər.
Belə görünür ki, ölkə elitası başdan-ayağa oğru və dələduzlardan təşkil oilunub. Biz sıravi vətəndaşlar bunların içində bir nəfər də olsun vicdanlı və dürüst adam görmədik.Bir-birlərindən nə qədər istəyirlər oğurlasınlar. Təki xalqla işləri olmasın.
əcaib qohumbazlıq sindromu Azərbaycanı məhv edir.Bir diqqət edinBu hələ nisbətən kiçik çevrədir.Azərbaycan xalqının belə acınacaqlı həyatının baiskarı bu cür hallardır...