Menu

HƏMAS-ın yeni lideri bəlli olub

13.01.2025, 11:48
HƏMAS-ın yeni lideri bəlli olub

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın rəhbəri Məhəmməd Sinvar Qəzza zolağında HƏMAS-ın yeni lideri olub.

TASS xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, Sinvar 2024-cü ilin oktyabrında həlak olan HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Hərəkatın yeni rəhbəri qruplaşmanın dirçəldilməsi üçün fəal səylər göstərir, çünki onun döyüş imkanları içğalçl İsrail rejiminin Fələstinə təcavüzü nəticəsində ciddi şəkildə zəifləyib.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar ötən ilin oktyabrında soyqrımçı İsrailin ordusu  tərəfindən qətlə yetirilib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol