Menu

“Finlandiyada nüvə silahının yerləşdirilməsi ehtimalı azdır” - Baş nazir

29.10.2022, 18:07
“Finlandiyada nüvə silahının yerləşdirilməsi ehtimalı azdır” - Baş nazir

Finlandiyanın Baş naziri Sanna Marin ölkəsinin NATO-ya daxil olduqdan sonra nüvə silahına malik olması ehtimalının az olduğunu düşünür.

“Report” xəbər verir ki, bu barədə o, "Yle” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Finlandiya daimi bazaların yaradılması və ya nüvə silahının yerləşdirilməsi kimi məsələlərdə manevr imkanlarını məhdudlaşdırmamalıdır: “Nüvə silahının nə vaxtsa Finlandiya ərazisində yerləşdirilməsi ehtimalı azdır. Lakin Finlandiyanın gələcək hakimiyyəti fərqli düşünə bilər”.

Baş nazir, həmçinin vurğulayıb ki, Finlandiya və Türkiyənin NATO-ya üzvlüyünə mane olan həll olunmamış problemləri yoxdur.

O, yaxın gələcəkdə bu məsələdə irəliləyişə ümid etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol