Menu

“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

04.11.2022, 00:17
“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

“Qarabağ” Avropa Liqasında yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupda toplanan xal sayında Azərbaycan rekordunu yeniləyib.

Ağdam klubu VI turda Bakıda “Frayburq”la görüşüb. Evdəki 1:1 hesablı heç-heçə ilə təmsilçimiz xal sayını 8-ə çatdırıb.

Bununla da 2016/17 mövsümünün rekordu yenilənib. Həmin vaxt “Qarabağ” qrupda 7 xal yığıb.

Qeyd edək ki, “Qarabağ” 7-ci dəfə mübarizə apardığı Avropa Liqasının qrupunda “Qəbələ” iki, “Neftçi” bir dəfə çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol