DTX-nın SAXLADIĞI NAZİR MÜAVİNİ İLƏ BAĞLI QƏRAR MƏLUM OLDU - Özü də açıqlama verdi (Yenilənib)

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

***

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan, dünən isə Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad olunan Elnur Əliyev “Gununsesi.info” saytına qısa açıqlama verib.

Sabiq nazir müavini “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, - deyə söhbəti yekunlaşdırıb.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar