"Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıq aşkarlanıb".
"Report"un xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.
Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıq daha ciddi hesab olunur: "Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür".
"Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür", - o vurğulayıb.


Şərhlər
Nərimanov rayon 47 sayli mekrebi de yoxlasaz əla olardi. Uşaqlar məktəbin stadionuna həsrət qaliblar. Stadionu veribler arendaya kimsə pul qazanir.