"YEGANƏ YOLUMUZ GÜNEY AZƏRBAYCAN CUMHURİYYƏTİNİN QURULMASIDIR!" - "Prezidentin dörd əsas mesajı var idi..."

"Artıq Güney Azərbaycanda təşkilatlanma var, azərbaycançılıq ideologiyası üzərində qurulan xəttimiz möhkəm və sarsılmazdır".

Bu sözləri "Report"a açıqlamasında ABŞ-da yaşayan güney azərbaycanlı mühacir Əhməd Obalı deyib.

Güney və Quzey Azərbaycanın əhalisinin iki yerə bölünmüş bir millət olduğunu xatırladan Ə.Obalı bildirib ki, buna səbəb 1828-ci ildə süni olaraq yaradılan sərhəd olub.

Onun sözlərinə görə, Güneydə mütəmadi olaraq molla rejimi tərəfindən azərbaycanlıların farslaşdırılmasına çalışıblar: "Amma buna baxmayaraq biz azərbaycanlıları bir-birimizdən ayıra bilməzlər. Azərbaycanın şimalının müstəqilliyindən sonra, Azərbaycanın güneyinin də müstəqilliyi bizim həyatımız üçün vacib, həmçinin Azərbaycanımızın daha da güclənməsi üçün lazımdır. Güney Azərbaycanda-ata-baba torpaqlarımızda həmişə bizə qarşı assimilyasiya siyasəti həyata keçirilərək azərbaycanlıların farslaşdırılmasına çalışıblar. Özümü qurtarmaq, kimliyimizə sahib çıxmaq üçün Güney Azərbaycan Cümhuriyyəti yaradılmalıdır".

Güney azərbaycanlı mühacir deyib ki, İran adlanan coğrafiyada onlara bir çox vədlər verilsə də, indiyədək buna əməl olunmayıb: "Həmin vədlərin icrasını tələb edən şəxslər isə hər zaman həbs olunublar. Ona görə bizim yeganə yolumuz Güney Azərbaycan Cümhuriyyətinin qurulmasıdır və bu tale yüklü məsələdə şimallı, cənublu əlimizdən gələni etməliyik. Xalqımız, siyasi təşkilatlarımız, ziyalılarımız, dövlətimiz əl-ələ verib Güney Azərbaycanı əsarətdən qurtarmalıyıq. Bunun üçün təşkilatlanmalı və bunun düzgün xətt üzərində köklənməsini təmin etmək vacibdir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə deyib ki, o, 50 milyon azərbaycanlının prezidentidir. Dövlət başçımız son çıxışında da soydaşlarımızla bağlı çox vacib məqamlara toxunub. Düşünürəm ki, cənab Prezidentin həmin nitqi Güney Azərbaycanın azadlığı uğrunda azərbaycanlılara xüsusi güc-qüvvət verib. Biz əl-ələ verib Güney Azərbaycan Cümhuriyyətinin qurulması üçün lazımi addımları ataraq sözdən əmələ keçməliyik".

Ə.Obalı söyləyib ki, Azərbaycan Prezidentinin son çıxışında dünya azərbaycanlılarına açıq dəstəyini ifadə etməsi İranı bir qədər aqressivləşdirəcək: "Lakin əməldə bir şey edə bilməz, ona görə də bu aqressiya verilən bəyanatlar və ya hansısa fikirlər çərçivəsində olacaq. Çünki İran artıq Azərbaycana qarşı ciddi təxribat törətməyə qadir bir ölkə deyil. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılara dəstək verməsi çox önəmli və tarixi bir hadisədir".

Bu ilin aprelin 22-23-də Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etdiyini xatırladan Cənubi azərbaycanlı mühacir dövlət başçısının Zəfər Qurultayında çıxışındakı verdiyi mesajlara diqqət çəkib: "Məsələ barədə Prezidentin dörd əsas mesajı var idi: "Azərbaycanlılar təşkilatlansın, birləşsin, ana dilimizi unutmasınla və eyni zamanda prinsipcə azərbaycançılıq ideologiyası ətrafında birləşsinlər". Hesab edirəm ki, bu mesajın Dünya Azərbaycanlılarının Qurultayında səsləndirilməsi xüsusilə vacib məqamlardan biri hesab edilə bilər".

Ə.Obalı qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti daha da güclənir və indiyədək Azərbaycana qarşı təxribat aparan İrana lazım gəldikdə yerində layiqli cavab verir: "Azərbaycandan kənarda yaşayan soydaşlarımıza ölkənin birinci şəxsi tərəfindən dəstək verilməsi isə İranın Azərbaycan sərhəddində hərbi təlim adı altından törətdiyi təxribata da çox gözəl bir cavab idi. Düşünürəm ki, soydaşlarımızın hüquqlarının və təhlükəsizliyinin qorunması məsələsində Azərbaycan dövlət olaraq əlindən gələni edəcək. Azərbaycandan daha çox azərbaycanlı Güney Azərbaycanda yaşamasını nəzərə alsaq, ölkə başçısının sözügedən fikirlərini biz Güney azərbaycanlıları Prezident səviyyəsində bir dəstək kimi qəbul edir, mesajın vaxtında verildiyini və yerinə çatdığını hesab edirik".

İranın hər zaman Ermənistana dəstək verdiyini vurğulayan müsahibim deyib ki, bu ölkə farsçılıq ideologiyası üzərində qurulmuş bir dövlətdir və fars ideologiyasında da birinci düşmən türkdür: "Ona görə də Şuşa şəhərinin işğalında, Xocalı soyqırımının törədilməsində və ümumiyyətlə, Azərbaycan torpaqlarının işğalında İran çox böyük rol oynayıb. Həmin dövrdə də İran Ermənistana silah-sursat, yanacaq verir, eyni zamanda Ermənistan təcavüzkarlarının hərbi yeməyini göndərirdi. Ermənistan hərbiçiləri uzun illər İran ordusunun qidası ilə yaşayıblar. Hətta, işğal edilən ərazilərdə ermənilər tərəfindən istehkamların qurulmasında da İranın yardımları olub. Bütün bunlardan Azərbaycan dövlətinin də xəbəri var. İran Azərbaycanın işğal olunmuş ərazilərində evlərin sökülməsi, qapı-pəncərələrin daşınmasında çox böyük rol oynayıb. Bunu etməkdə isə əsas hədəf həmin ərazilərə azərbaycanlıların qayıtmaması üçün oranın tez bir zamanda xaraba, viran qoyulması idi. Erməni dəstəkçiliyi 30 il davam etməklə bərabər, Vətən müharibəsi dövründə də geniş vüsət aldı və Güney yolu ilə Ermənistana silah-sursat göndərdi. Bizim soydaşlarımız ayağa qalxıb iki dəfə etiraz etdikdən sonra İran məcbur olub siyasətində bir qədər yumşalmalara getdi. Ancaq bu dəfə həmin silah-sursatlar gündüzlər yox, gecələr göndərilirdi".

"Son zamanlar isə bu dəstək nümayişkaranə və biyabrçı şəkildə göstərilir. Açıq dəstəyin bir səbəbi də İranın Qafqazdan tamamilə çıxarılmasıdır. Nə etsə də, regionda əvvəlki yerinə qayıda bilmir. Digər tərəfdən, İranın daxilində iqtisadi-siyasi və sosial sahələrdə böyük bir böhran var və onunla mübarizə apara bilmir. Bütün bunlarla yanaşı dünyada təklənmiş bir ölkədir. İran bütün bu böhranlardan fikirləri müvəqqəti də olsa başqa bir yerə çəkməyə çalışır. Hesab edirəm ki, Azərbaycan Prezidentinin son çıxışında dünya azərbaycanlılarına açıq dəstəyini ifadə etməsi İran bir qədər aqressivləşdirəcək. Lakin əməldə bir şey edə bilməz, bu aqresiya, verilən bəyanatlar, hansısa fikirlər çərçivəsində olacaq. Çünki İran artıq Azərbaycana qarşı ciddi təxribat törətməyə qadir bir ölkə deyil. İnanıram ki, hər bir halda Azərbaycan dövləti İranın daxildə törədə biləcəyi bütün təxribatlara da hazırlıqlıdır", - Ə.Obalı əlavə edib.

635x100

Şərhlər

N.Seyfeli. 2022-11-09 13:03:22

Iranta turkleri hakimiyyete getirmek qerb ucun su icimi kimi bir sheydir, sadece olaraq Turan meselesi mane olur.

Adil 2022-11-06 20:20:28

İsveçrənin Bern şəhərində, Parlament qarşısında 10 minlərlə İranlı , bu gün , xomeyni diktatura, terrorist rejiminə qarşı mitinqdə iştirak etdi, internetde You Tube video kanalında baxın .

Araz 2022-11-05 23:22:09

Güney Azərbaycan xilas olmalıdır qəddar, terrorist, xalqa zülm edən xomeyni rejimindən. Kremlin Azərbaycanda yerləşdirdiyi korrupsioner, rüşvətxor, qəddar, texribatçı , yalançı, xalqa zülm edən " 5 - ci kolon " - dan tezliklə xilas olmaq lazımdır.

Eli 2022-11-05 22:16:03

İran dövletini “ idare edenlerin başı narkomafiyaya ve ermeni fahişelerle eylenmeye qarışıb,onları bu gün ne dövlet ,ne Din ,ne demillet maraqlandırır.

korrektor 2022-11-05 19:50:38

Yaşasın Güney AzərbaycanTürk Respublikası!

Son yazılar