ƏLİ İNSANOV YENİDƏN "ƏLİYEVÇİ" OLDU... – YAP rəhbərliyindən reaksiya (VİDEO)

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyi barədə bəyanat verib. O, bildirib ki, partiya İdarə Heyətində iki günlük müzakirələrdən sonra bu qərara gəliblər.

HƏP sədri video müraciətində Azərbaycanın xarici siyasətində son vaxtlar baş vermiş mühüm hadisələri sadalayıb. Ə.İnsanov Prezident İlham Əliyevin ölkədə və xaricdə keçirdiyi görüşlərin qarşıda duran problemlərin həlli istiqamətində uğurlu hadisələr kimi qeyd edib.

“Azərbaycanın xarici siyasəti ölkə Prezidenti Cənab İlham Əliyevin siyasəti deməkdir”, - deyən partiya sədri, İdarə Heyətinin bütün üzvlərini bu siyasəti dəstəkləməyə dəvət edib.

Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvləri, o cümlədən, Norveçdən (onlayn) HƏP sədrinin 1-ci müavini, polkovnik İsa Sadıqov və ABŞ-dan (onlayn) HƏP sədrinin müavini, sabiq nazir Qüdrət Quliyev də müzakirələrə qatılıb. İdarə Heyətinin üzvləri yekdilliklə Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini qeyd ediblər. Daha sonra səsvermə keçirilib və qərar qəbul edilib.

“Haqq Ədalət Partiyası olaraq daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, İlham Əliyevin apardığı siyasəti birmənalı olaraq dəstəklədiyimizi bəyan edirik. Partiya İlham Əliyevin siyasi kursunu dəstəkləyir”, -deyə Əli İnsanov öz müraciətində bəyan edib.

YAP sədrinin müavini-Aparat rəhbəri Tahir Budaqov Əli İnsanovun bəyanatına münasibət bildirib. O “Gununsesi.info”-ya açıqlamasında deyib ki, Azərbaycan Prezidenti son illər siyasi sistemin yeni konfiqurasiyasını və dialoq mühitini yaradıb və ölkənin siyasi qüvvələri milli birlik naminə bu prosesə qoşulub: “Bu baxımdan, mən Əli İnsanovun mövqeyini yüksək qiymətləndirəm. O, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə cənab Prezidentin rolunu vurğuladı. Onun bu bəyanatını təqdir edirəm. Bu onu göstərir ki, artıq siyasi münasibətlərdə yeni mərhələ başlayıb”. 

Rasim Əliyev

"AzPolitika.info"


635x100

Şərhlər

Veteran 2022-11-15 12:25:40

Kiflənmiş və üfunət iyi verən sədr və ətrafı.

İ.M. 2022-11-11 00:28:12

Əli İnsanovların , İsa sadıqovların ipinin üstünə odun yığmaq olmaz ?

Cəmşid Dərələyəzli 2022-11-06 20:27:57

Sanıram burada elə də təccüblü bir şey yoxdur. Camaat illərdir alışıb ki, heç bir əməli fəaliyyətləri olmayan və hayla da ağıl və düşüncədə 90-ların əvvəlində qalan və özlərini guya "radikal müxalifət in" baş zadları adlandıran bəzi təkadamcıq partiya sədirlərinin dediklərinə ki, bu ölkədə heç nə düz getmir, hər şey qaradır və s. və i.a. Amma ölkəsinin bekasını (dayanıqlığını) düşünən və siyasətlə məşqul olan hər bir vətən övladı Ölkə içi baş verənlərin xüsusen de Qarabağda əldə olunan qələbənin və dövlətin yürütdüyü xarici siyasətin ağını ağ, qarasını qara deməyi bacarmalıdır. Bu baxımdan Ölkəmizin Dünyada və Bölgəmizdə geopolitik dengelerin dəyişməsindən qaynaqlanan indiki həssas dönəmində Əli İnsanovun bəyanatını müsbət qarşılayır və təqdir edirəm. Dün başqa cür fikirləşib, başqa cür danışmaq olar. Mövzu bais veten ve onun bekası olanda, gerçeklerden dolayı qerar vermek, yanlışlıq deyildir. Bu gün qardaş Türküiyede yüz illik cümhuriyyet tarixinde dün qatı CHP-çi olan, bu gün reallıqları derk edib, Erdoğanın yanında yer alır.

Seçici 2022-11-06 17:01:54

Onun kimliyi alnının ortasına yazılıb.

vətəndaş 2022-11-06 16:17:48

İsfəndiyar Vahabzadə ilə " İnsanovun " yolları ayrıldı. Namərd adamlara lənətlər olsun !!!!!!!!!! İsa Sadıqov sən etibarsız çıxdın və .............. Hormetli azpolitika.info saytının rəhbəri, sizdən çox, çox xahiş olunur ki, cəsarətli olun, senzuranızı mülayim - yumuşaq rejimə keçirin, işsizlərin, acınacaqlı maddi vəziyyətdə yaşayan minlərlə ailələrin sizə umid bəsləyərək, yazdıqları fikirlərini senzuranızdan buraxın, dərc edin. Azərbaycanın gələcək nəsli olan indiki uşaqlara , mütləq, uşaq pullarının verilməsinin labüdlüyünün aktiv, intensiv , daima, təbliqatını aparın. Haqq , ədalətli, düzgün söz : el gücü, sel gücüdür, rus dilində ЦУНАМИ ( TSUNAMI ) gücünə ekvivalentdir, bərabərdir .

kisi 2022-11-06 12:15:59

azərbaycan realliqi

Israiloglu 2022-11-06 05:42:50

12 il mehbus heyati yashadi amma sinmadi, dediler mujikdir, 12 il iceride 2 il colde 14 illlik isteyine arzusuna qovusdurdular bunu, satqinlar en tehlukeli insanlardi....

t.ədalət 2022-11-05 23:41:00

Əli İnsanov,zatən,YAP-dan doğulmuşdu.Təlatümlər onu məsləkindən aralı salmadı.Gəncə hadisələrində özünü sürətçilərə təslim edən keçmiş briqada komandiri İsa Sadıqov da nə qədər kimliyini gizləmək istəsə də sona kimi davam edə bilmədi.İ.Sadıqovun dayısı,MN-nin keçmiş səfərbərlik və təşkilat idarəsinin rəisi Nodarı Qulamov da vəzifəsini itirən kimi gedib Rusiyadakı arxa-dayaqlarına sığındı.

Mubariz 2022-11-05 22:53:20

Insanovin dermani kedf efib

Mubariz 2022-11-05 17:54:48

Akademiyaya müavin ola bilərsən ,zatən orada da səni kimi qocalar yığışıb ,elmən başqa hər bir işlə məşğul olarsız

Alim 2022-11-05 16:13:05

Get ozunu yandir

Ələkbər Vəliyev 2022-11-05 14:52:25

Insanovun kəndiriin üzərinə odun yığmaq olmaz! insana bir sifət,bir məslək olar.əqidəsini dəyişəndə nə ölkə,nə xalq xeyir görməz.

Faiq 2022-11-05 14:32:32

İsa sadıqov da .......................çıxdı?

Son yazılar