“ƏLİYEV ƏSAS OYUNÇULARI NEYTRALLAŞDIRDI VƏ FÜRSƏT GÖZLƏDİ...” – “Qələbəmiz onun uğurlu siyasətinin nəticəsidir”

Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi ilə nəticələnən 44 günlük müharibənin başa çatmasının iki ili tamam olur. Bu iki il müddətində Azərbaycan çox şeylərə nail olsa da, hələlik Moskvanın təxribatçı siyasəti nəticəsində sülh sazişi əldə edilməyib. Buna baxmayaraq, Ermənistan hökumətinin də sülhün əldə edilməsində maraqlı olduğunu elan etməsi, qərbyönümlü siyasət aparması iki ölkə arasında münasibətlərin qaydaya salınacağına, bölgəyə etimadlı sülhün gələcəyinə ümid yaranır.

“AzPolitika.info” postmüharibə dövrünün problemlərini politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib. Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, 44 günlük müharibənin başa çatmasının iki ili tamam olur. Müharibədən əvvəl çoxları inanmırdı ki, Azərbaycan qısa müddətə torpaqlarını işğaldan azad edə bilər. Ümumiyyətlə, bu iki ildə olub-bitənləri necə qiymətləndirirsiniz?

- Əvvəla, mən müharibənin nəticələrini şəksiz qələbə kimi qiymətləndirirəm. Azərbaycan öz qanuni ərazilərinin 75 faizindən çoxunu azad etdi, erməni ordusu üzərində qəti qələbə qazandı.

Mən, həm də üçtərəfli bəyanatı qələbə kimi qiymətləndirməyin tərəfdarıyam. Qansız-qadasız və döyüşsüz 3 rayonumuz azad edildi. Əgər döyüşlər olsaydı, 44 gün ərzində hər rayonun azad edilməsinə Azərbaycan Ordusunun orta hesabla 400 əsgər və zabitinin canını fəda etdiyini əsas götürsək, bu o deməkdir ki, biz 3 min deyil, azı 4200 əsgər və zabitimizi itirməli idik. Yəni 1200 canımız olan əsgər-zabitimizin həyatı üçtərəfli bəyanatın imzalanması ilə xilas oldu. Biz onların həyatını qoruduq. Ermənistanı həm müharibədə, həm də danışıqlarda məcbur etdik ki, Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz bizə qaytarsın. Əlbəttə, bu adi məsələ deyil.

Digər tərəfdən, rus sülhməramlıların bölgəyə gəlməsi bir tərəfdən ziyandırsa, digər tərəfdən də xeyrimizə oldu. Nəyə görə? Mən 30 ildir bu münaqişə ilə məşğulam, təfərrüatları bilirəm. Qərb dünyası heç bir beynəlxalq qanun və ya hüququ nəzərə almır. Onlar üçün mənfəət birincidir. Mənfəət meyarını əsas götürsək, ermənilər Yaxın Şərqdə onlar üçün qiymətli uzun çömçədir. Bununla siyasət qazanını qarışdırır və istədikləri zaman oradan nəsə götürürlər. Ona görə də, Qərb haqlı və ya haqsız olmasından asılı olmayaraq, hər zaman erməniləri müdafiə edib. Bu səbəbdən də bizim qanuni torpaqlarımızın işğaldan azad edilməsini heç cür həzm edə bilmirdilər. Və hazırlaşırdılar ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etsinlər, sanksiya tətbiq olunsun. Nəzərə alınmalıdır ki, dünyanın yeganə legitim və hüquqi qurumu BMT Təhlükəsizlik Şurasıdır ki, onun qərarlarının icrası məcburidir. BMT-ni təsis edən beş böyük dövlət Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsinə səs versəydilər, dünyanın istənilən dövləti, həmçinin Qərb dövlətləri ölkəmizə qarşı güc tətbiq etmək hüququ qazanacaqdı. Əlbəttə, mən hüquqi baxımdan deyirəm. Təsəvvür edin ki, Türkiyə də bizə hər cür dəstək verir. Bu halda biz Fransa, Rusiya və ABŞ silahlı qüvvələri qarşısında nə edə bilərdik? Demək istəyirəm ki, Azərbaycan rus sülhməramlıları bölgəyə buraxmaqla ona nail oldu ki, Moskvada düşündülər: onlar məsələnin həllini öz üzərinə götürüb, həll edən yeganə dövlətdir. Buna görə də Fransa BMT Təhlükəsizlik Şurasında bizə qarşı qətnamə qəbul etmək üçün danışıqlara başlayanda, Rusiya qətnaməyə qarşı çıxdı. Yəni bizim rus sülhməramlıların Qarabağa daxil olmasına icazə verməyimiz ona gətirdi ki, Qarabağdakı hərbi qələbəmiz legitimlik qazandı. Dünya bu qələbəni qəbul etməli oldu. İndi də bu qələbənin ləzzətini yaşayırıq, tələb edirik ki, hamı bunu tanısın, qəbul etsin və s.

Əlbəttə, mən sıravi insanlarımızı anlayıram, amma bu beynəlxalq hüququn oyunudur və sıravi adamlar bunu o qədər də anlamaya, qəbul etməyə bilər. Onlar üçün vacibi “biz qələbə çaldıq, Qarabağ bizimdir” şüarıdır. Bunu da anlayışla qarşılamalıyıq. Həm də Qarabağın tam şəkildə bizim nəzarətimizə keçməsi üçün çalışmalı, tədbirli işlər görməkdə davam etməliyik.

Keçən bu iki il ərzində mən müəyyən qüsurlar da görürəm. Müharibə başa çatanda və məlum olanda ki, ermənilər böyük ərazilərimizin hamısını minalayıb, onda mən təklif verdim. Bildirdim ki, Neft Fondumuzda 50 milyarda yaxın pul var, ondan 1 milyardı gətirsinlər, minalanmış əraziləri kvadrata bölsünlər, beynəlxalq tender elan etsinlər və dünyada minalardan təmizləmə işi aparan peşəkar özəl şirkətləri prosesə cəlb etsinlər. Onlar da gəlib prosesə iştirak etsin, mütəxəssisləri, texnikasını töküb minaları təmizləsin. Müqavilədə də yazaq ki, əgər onların təmizlədiyi ərazidə kimsə minaya düşsə, həmin şəxsin müalicəsini, ailəsinə təzminatı həmin şirkət ödəməlidir. Bu təklifimi yazdım, amma diqqət edən olmadı.

İkincisi, Qarabağdan bir milyona yaxın qaçqın var. Mən təklif etdim ki, bərpa işlərinə onların özünü də cəlb etmək lazımdır. Yaşayış məntəqlərinin planı hazırlansın, evlərin layihəsi ortaya qoyulsun. Sonra ev tikmək üçün tələb olunan maliyyəni bankda həmin şəxsin adına keçirsinlər. Desinlər, get, evini tik. Fərz edək ki, 40 min dollar ayrılır, amma bu vəsaitin hamısını ona vermək olmaz, çünki gedib ya mobil telefon, ya da avtomobil alacaq, ev tikməyəcək. Həmin pul hissələrə bölünür, 5 mini evin bünövrəsinə ayırırsan. Bank nümayəndəsi gəlib baxış keçirir, görəndə ki, təyinatı üzrə xərclənib, növbəti 5 mini açır və sən də ona divarları qaldırırsan. Yenə də bank nümayəndəsi gəlib baxır və növbəti tranşı açırsan. Beləcə evi tikib, gedib yaşayırsan. Bunu da nəzərə almadılar.

- Üçtərəfli bəyanatın bəzi müddəalarının həyata keçirilmədiyi məsələsi də var və Bakı bunu daima vurğulayır. Sizcə, nədən iki il müddətinə həmin tələblər yerinə yetirilmir?

- Rusiya istəyir ki, ya sülh olmasın, ya da elə olsun ki, hərbçiləri daima Ermənistan və Azərbaycanda qalsın. Moskva bunu istəyir. Ona görə də, həm Azərbaycan, həm də Ermənistanda sülhü dəstəkləməyən qüvvələri müdafiə edir, istəyir ki, atışma olsun, qan tökülsün. Kənardan da desinlər ki, rus olmasa, azərbaycanlı və erməni bir-birini qıracaq.

Yada salım ki, 44 günlük müharibə bitdikdən sonra bütün Qərb dövlətləri rus sülhməramlılarının Xankəndinə girməsini alqışladı. Hərçənd Rusiyadan zəhlələri gedir. Düşündülər ki, rus qoşunları gəlməsəydi, azərbaycanlılar erməniləri qovacaqdı. Məncə, indi nə etməli olduğumuzu düşünməliyik. Bəli, biz rusların burada qalmasını istəmirik. Elə ermənilər də istəmir. Bunun da cəmi bir yolu var - barışıq. Biz, elə ermənilər də bütün dünyaya göstərməliyik ki, barışmışıq, düşmən deyilik, danışırıq, aramızda etimad yaranıb. Belə olan halda biz soruşduqda, dünya da bizə qoşulub soruşacaq ki, ay Moskva, sənin qoşunların Azərbaycan və Ermənistanda nə işlə məşğuldur, bəlkə evinizə qayıdasınız. Qısacası, yol barışmaqdan keçir. Ağıllı ermənilər bunu anlayır, amma axmaq və pulu münaqişədən çıxan ermənilər bunu anlamaq istəmir, səhərdən axşama qədər qışqırırlar ki, türklər düşməndirlər və s. Bunu da sübut etmək üçün, bilmirəm, özlərimi edir, bizimmi səhvimizdir, yoxsa rus xüsusi xidmətlərinin fəliyyətinin nəticəsidir ki, bizim əsgərlərimizin əleyhinə fakt tapan kimi çəkib qoyurlar sosial şəbəkəyə və təbliğat qururlar. Yaxşı ki, Fərhad Mehdiyev çarx hazırlayıb, erməni sosial şəbəkələrində yayır və göstərir ki, ermənilər bizim hərbçilərimizə işgəncə verir. Beləcə müəyyən qədər onları susdurur. Məncə, bu amili də nəzərə almalıyıq.

- Necə hesab edirsiniz, üçtərəfli sazişin bütün bəndlərini həyata keçirmək mümkün olacaqmı?

- Nəhyət, delimitasiya və demarkasiya üzrə komissiya işə başlayıb. Amma çox ləng işləyirdi, 12 sentyabr döyüşündən sonra Ermənistan komissiyanın işinin sürətləndirilməsinə razılıq verib və ümid edirəm ki, fəal işə başlayacaqlar. Ancaq onu da deyim ki, bu, çətin və uzun işdir. Bizimlə Rusiya, elə Gürcüstan arasında da bu proses gedir, amma mübahisəli məsələlər də var. Qənaətimcə, Ermənistanla bu məsələni 2 il müddətinə həll etmək mümkündür. Sülh müqaviləsi yaxşı şeydir, amma ola da, olmaya da bilər. Məsələn, Yaponiya ilə Rusiya arasında 70 ildir sülh müqaviləsi yoxdur, amma səfirlikləri fəaliyyət göstərir, əlaqələri, get-gəlləri var. Nəqliyyat yollarının açılması da vacibdir və həllini tapmalıdır. Bəli, dəhliz sözü erməniləri qıcıqlandırır. Ermənistanla münasibətlər normallaşdırılsa, bu məsələ də həllini tapacaq. Zəngəzur dəhlizi olmasa, Laçın dəhlizi də olmayacaq. Sözüm odur ki, Zəngəzur yolu çəkilməli və açılmalıdır. Biz ermənilərə imkan verməliyik ki, onların qatarı ölkəmizi keçməklə Rusiyaya, Orta Asiyaya, Çinə getsin, bizə də lazımdır ki, Naxçıvana və oradan da Türkiyəyə gedək. Bizim alternativimiz var. Bakı-Tbilisi-Qars qataryolu fəaliyyət göstərir, amma Zəngəzur da olsa, pis deyil, hələ İranla da yol çəkilsə yaxşıdır. Yolların çoxluğunun mənfi tərəfi yoxdur.

Məncə, biz üç məsələni həll etsək, problem olmaz: Sərhədlər müəyyənləşməli, kommunikasiya açılmalı, qarşılıqlı səfirliklər olmalı, münasibətlər qurulmalıdır. Amma ruslar buna imkan vermir, ona görə burunlarını daima prosesə soxurlar. Rusların bizim və ermənilərin işinə qarışmaması üçün gərək Ermənistan və Azərbaycan barışsın. Ermənistanda əhalinin azı 75 faizi açıq deməyə başlayıb ki, Azərbaycanla barışıq lazımdır. Üçtərəfli bəyanatdan iki il keçib, cəmiyyətlərdə zəif, ləngər vura-vura, az da olsa müsbət dəyişikliklər var. Bu yaxşıdır. Amma müharibə tərəfdarları da var. Ermənistan Hindistandan, Fransadan silah alır, biz də həmçinin. Bizə müharibə lazım deyil, ermənilər də özlərinə sual verib görsün ki, onlara müharibə lazımdırmı. Sülh ola bilər, o şərtlə ki, tərəflər bir-birinin qanuni hüquqlarına hörmət etsin.

- Siz dediklərinizi həyata keçirmək üçün həm də fəal diplomatiya lazımdır. Bu mənada hazırkı xarici siyasi kursunu necə qiymətləndirirsiniz?

- Mənim İlham Əliyevi tənqid etdiyim məlumdur. Amma bir məsələ var: İlham Əliyevin xarici siyasəti çox uğurlu və qüsursuzdur. 

- Elə müharibə prosesini məntiqi sonluğuna çatdırmaq üçün də bu, vacib amil deyilmi?...

- İlham Əliyev Rusiya ilə münasibətləri yaxşı qurdu. Eləcə də iqtisadi məsələləri əsas kimi götürərək güclü Qərb dövlətləri ilə sıx əlaqələr yaratdı. İranla münasibətləri normallaşdırdı. Yəni boş-boş sözlər danışmadı, normal münasibətlər yaratdı. Bütün əsas oyunçuları neytrallaşdırdıqdan sonra fürsət gözlədi. Və fürsət o zaman yarandı ki, 2020-ci ildə Amerikanın başı Bayden və Tramp arasında prezidentilik mübarizəsinə, Avropanın başı isə pandemiyaya qarışmışdı. Üstəlik, Rusiya da Nikol Paşinyanın əlindən dəmir çeynəyir, Ermənistanla Rusiyanın münasibətləri getdikcə gərginləşirdi. İlham Əliyev belə bir fürsətin yarandığını dəqiq hiss etdikdən sonra Türkiyə ilə danışıqlar apardı, müəyyən zəmanətlər aldı və müharibəyə başladı. Əlbəttə, ehtimal ki, müharibəyə başlayan kimi də, türk müttəfiqləri ilə söhbətləşdikdən sonra ordumuzdakı rus casuslarını prosesdən kənarlaşdırdı. İmkan verdi ki, türk paşalar təcrübələrini bölüşsünlər...

Bəli, biz ordumuzun canı və qanı hesabına böyük qələbə qazandıq və bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

- Qələbədə uğurlu siyasətlə yanaşı həm də qətiyyət, iradə faktoru ciddi rol oynadı deyə bilərikmi?...

- Əlbəttə, müharibə aparmaq üçün qətiyyət lazımdır. Bununla paralel İlham Əliyevin fəhmi çatdı ki, müharibəni lazımı anda dayandırsın və lazımı güzəştə getsin. Mən rus sülhməramlılarını nəzərdə tuturam. İlham Əliyev düşündü ki, sülhməramlılara 5 illik müddət qoyulur və bu 5 ili elə işləyə bilər ki, müddət başa çatanda sülhməramlıların da qalmasına ehtiyac olmasın. Sülhməramlıların gəlməsinin qiymətini də bir az əvvəl qeyd etdim. Qiyməti o oldu ki, ABŞ və Fransanın bizə qarşı hazırladığı qətnamə layihəsinin BMT-də keçməsinə İngiltərə ilə yanaşı Rusiya da veto qoydu və ya dəstəkləmədi. Bu faktdır və siyasi-diplomatik məharətdir. Diplomatiya mümkün olanın əldə edilməsi sənətidir, İlham Əliyev də mümkün olanı əldə etdi.

- Dediniz ki, Prezident Əliyev sülhməramlıları ölkəyə buraxanda və 5 illik müddət qoyulanda düşünüb, işləri elə aparacaq ki, 5 ildən sonra onların qalmasına ehtiyac olmayacaq. 5 ilin tamamınadək belə bir vəziyyətin yaranacağını real sayırsınızmı?...

- Bəli. Əliyev 2003-də ildə hakimiyyətə gəlib. Bu müddət ərzində ordu qura bilib? Ordumuz var! Sonra, müharibəni uda bildi? Bildi! Xarici təhlükələri zərərsizləşdirə bilib? Bəli, neytrallaşdırıb! İndi iki ildir Azərbaycan istədiyi istiqamətdə irəliləyir? Bəli, irəliləyir! Sən niyə şübhə etməlisən ki, 2024-cü ildə o, rus qoşunlarına deməyəcək ki, sağ olun, salamat qalın. Ümid edək ki, belə də olacaq.

Əlbəttə, qüsurlar da var. Bəzi yerlərdə bivec məmurlar oturub, özümüzü ərzaqla tam təmin edə bilmirik. Əynimiz-başımız xaricdən gəlir. Mağazalarda əsasən kənd təsərrüfatı məhsulları bizimdir. Qalan şeylər xaricdən gəlir. Niyə gəlsin? Bir də niyə gəlirlərimizin 90 faizindən çoxu Bakının payına düşsün? Bu və digər məsələlər də həllini tapmalıdır...

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Şərhlər

qaraguruh 2022-11-13 15:37:38

hə cənab--sizinlə razıyam--ancaq iş yarımçıqdır--hər nə desəndə yarımçıqdır--Nizami demişkən-----????

Bəxtiyar 2022-11-08 00:40:15

Zərdüşt bəy real təhlil edir, haqqı deyir. Dedikləri də çox halda özünü doğruldur, ümid edək ki, bu dəfə də elə olacaq.

Eli 2022-11-07 22:29:25

Çox peşekar sitasetçi tehlilifir.Sağ olsun beyi.Xüsusen azad edilmiş erazilerin minalardan temizlenmesi teklifi mence aid dövlet qurumları terefinden bacılıb hell edile biler.Ola biler bizim bilmediyimiz qlobal meseleler var.Ancaq burda en vacib mesele nedir?Erazi minalardan temşzlensin.Bunun üçün vesait var ? Var Bı işi süreyle görmek olar?Olar.Qalan işler kısmik süretle heyata keçirile biler.

SAVALAN 2022-11-07 17:42:43

Aysberq ! Bu haqq qazandırmalarda yəqin ki, strateji niyyət var ...!?

Turan 2022-11-07 17:40:14

Vetonu yalnız İngiltərə qoydu. Həminki Rusiyadı ki, 10-15 gün bundan qabaq Valday klubunda aranı qarışdırdı, öz əqrəb xislətini ortaya qoydu. İmperiya gələn ilin yayına kimi parçalanacaq və onda Qafqazda sülh və əmin-amanlıq olacaq

Şəhriyar 2022-11-07 13:20:06

Salam. Zərdüşt bəy həmişəki kimi dərindən və obyektiv təhlili ilə mövzuya münasibət bildirdi!!!

Roma 2022-11-07 11:03:49

Çox göğru və düzgün təhlil. Zərdüşt bəyin dedikləri ilə demək olar ki, tam razıyam...

BKM 2022-11-07 10:13:27

Ruspərəstliyi hər fikrində aydın görünür.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.