RUSİYA İLƏ ABŞ ARASINDA “MƏXFİ GÖRÜŞ” – Ağ Ev rəsmisi Putinin müşavirləri ilə nə danışıb?

Son həftələrdə Rusiya-Ukrayna savaşının nüvə müharibəsinə səbəb olacağıyla bağlı iddiaların artdığı bir vaxtda, ABŞ ilə Rusiya arasında “gizli görüş” baş tutub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmiləri bağlı qapılar arxasında bir araya gələrək, müzakirələr aparıblar. Görüş Ağ Ev rəsmisi Ceyk Sallivanla Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Patruşev arasında olub.

“Tamamilə məxfi” kimi təsnif edilən görüşdə Rusiyanın nüvə silahından istifadə ehtimalının müzakirə edildiyi bildirilir.

Qəzetə danışan rəsmilər görüşün uğursuz keçdiyini qeyd ediblər.

Bu barədə ABŞ-ın “The Washington Post” nəşri isə yazır ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri nüvə müharibəsi ilə bağlı artan narahatlıqlar fonunda Ukraynanı danışıqlar masasına oturtmağı hədəfləyirlər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar