Menu

Separatçılar Qarabağda qəzaya düşdülər - Ölən və yaralılar var

07.11.2022, 09:17
Separatçılar Qarabağda qəzaya düşdülər - Ölən və yaralılar var

Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər.

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb, digər “könüllü”lər isə ağır yaralanıb.

Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar araşdırmaya başlanılıb.

Şərhlər

dadaşyev 2022-11-07 14:06:07

Qanunsuz erməni silahlı dəstəsinin suveren Azərbaycan torpaqlarında nə işi var?Onların silahlı dəstə olduğunu bilirik,Laçın dəhlizindən keçdiklərini də bilirik,amma sanki başqa bir ölkənin ərazisində qəzaya düşüblərmiş kimi rahatca danışırıq.A balam,bağlayın da bu Laçın dəhlizini.Hansı suveren ölkə belə bir şeyə razı olar?Onlar görürlər ki,biz dəhlizi bağlamırıq,ona görə gün-gündən qudururlar.Onlar Zəngilan dəhlizini açmamağı İranın razı olmamasıyla bağlaya bilirlərsə biz də Laçın dəhlizinin açıq qalmasını Türkiyənin razı olmamasıyla əsaslandıraq elə isə.Yoxsa ermənilərin dədələrinə borcumuz varmı ki,onlar açmasınlar dəhlizimizi,biz isə Laçın dəhlizini açıq saxlayaq?Üstəlik əcaib-qəraib işlər gördüklərini bildiyimiz halda.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol