VƏTƏNƏ XƏYANƏT EDƏN AYDIN ZƏKİYEVİN ETİRAFLARI - VİDEO

Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə casusluq edən Azərbaycan vətəndaşı Aydın Zəkiyevin etirafları yayımlanıb.

Bu barədə görüntülər “Xəzər Tv”də yayımlanan və DTX-nin fəaliyyətindən bəhs edən “Qartal Zirvə”də sənədli filmində yer alıb.

Qeyd edək ki, Aydın Zəkiyev ötən ilin oktyabrında DTX tərəfindən saxlanılıb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

635x100

Şərhlər

Eli 2022-11-09 02:59:16

Buyurun tehvil alın-«Русскоязычное население города Баку точнее представитель « yenl @Бакинец» киме işleyir doğma eqide qardaşlarına yeni bu tipler üçün milliyet yox “Bakılı” olmaq esas şertdir kül senin “ kişi “ başına-Suranuş oğlu Mesrop”.

Za 2022-11-09 00:51:20

Sənin ....

Zahi 2022-11-09 00:49:19

Sənin .....

Son yazılar