RUSİYANIN XERSON RƏZALƏTİ ABŞ MEDİASINDA... - "Putin kütləvi bombardmanları artıra bilər"

Xəbər verildiyi kimi, ötən gün Rusiya müharibənin ilk günlərindən işğal etdiyi strateji və siyasi əhəmiyyətə malik olan Xerson şəhərindən geri çəkilməyə başlayıb. Rusiyanın işğal etdiyi Krım yarımadasına yeganə giriş qapısı olan regional paytaxtdan geri çəkilməsinə səbəb kimi, Ukraynanın əks-hücumlarının effektivliyi göstərilir.

Əlbəttə,Rusiya ordusunun Xersondan “qaçması” hərbi uğursuzluqdur. Lakin bunun Rusiyanın hərbi strategiyasına necə təsir edəcəyi məlum deyil.

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "The Washington Post" nəşrinin Xersondakı son vəziyyətlə bağlı yayımladığı məqalədə bildirilir.

Həmin məqalənin tərcüməsini təqdim edirik:

"Xersonda nə baş verir?

Çərşənbə günü televiziyada çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu yorğun görünən Rusiyanın Ukraynadakı silahlı qüvvələrinin başçısı polkovnik Sergey Surovikinin yanında əyləşərək, rus qoşunlarına Dnepr çayının şərq sahilinə çəkilməyi əmr edib. O bildirib ki, "bu addım hərbçilərimizin həyatını və döyüş qabiliyyətini xilas edəcək".

Belə bir qərarın verilməsi Ukraynanın cənub cəbhəsində həftələrdir davam etdirdiyi əks-hücum əməliyyatlarının nəticəsi hesab olunur.Oxşar qərarı bundan əvvəl Rusiya sentyabr ayında Xarkov vilayətindəki əraziləri boşaldarkən almşdı.

Ukraynada döyüşən Rusiyanın muzdlu “Vaqner” qrupuna rəhbərlik edən oliqarx, Putinin “kölgəsi” hesab olunan Yevgeni Priqojin bildirib ki, "Putinin bu çağırışı asan deyil, lakin düzgün qərardır”.

Tanınmış rusiyalı hərbi bloger Semyon Peqov isə geri çəkilməklə bağlı qərarı "qara səhifə" adlandırıb.

Xersondan geri çəkilməklə bağlı qərar gözlənilməz olmadı

Rusiya bir neçə həftədir Xersondan geri çəkiləcəyi ilə bağlı siqnallar verirdi. ABŞ Müdafiə nazirinin siyasət üzrə müşaviri Colin Kahl çərşənbə axşamı onlayn müzakirədə jurnalistlərə bildrmişdi ki, Birləşmiş Ştatlar yaxınlaşan geri çəkilmənin göstəricilərindən məlumatlıdır.

Daha öncə ABŞ hərbi rəsmisi də “The Washington Post”a Rusiyanın Xersondan geri çəkiləcəyi xəbərini vermişdi.

Xerson şəhəri Rusiya üçün niyə vacibdir?

Bu bölgə Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasının şimalında, Dnepr çayının qərb sahilində yerləşir. Rusiya qoşunları fevral ayında Krım bölgəsindən Xersona daxil olub və bir neçə gün ərzində şəhəri ələ keçirib. 

Xerson o vaxtdan yarımada ilə Ukraynanın işğalda olan digər əraziləri arasında əsas körpü rolunu oynayır. Bu əlaqə qoşunların və hərbi texnikanın hərəkəti üçün böyük əhəmiyyətə malikdir.

Bundan sonra nə baş verə bilər?

Rus qoşunlarının şəhəri tamamilə tərk edib-etmədiyi və Xerson vilayətinin hansı hissələrinin Rusiyanın nəzarətində olduğu hələ də qeyri-müəyyən olaraq qalır. Ukrayna rəsmiləri bildiriblər ki, onların qüvvələrinin şəhərə daxil olmasına bir neçə gün qalıb.

Xerson şəhərinin itirilməsi Putini qış ərəfəsində Ukrayna şəhərlərinin və enerji obyektlərinin kütləvi bombardmanını artırmağa vadar edə bilər. Bu yüzlərlə mülki şəxsin ölümü, əsas su və enerji infrastrukturunun məhvi deməkdir.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin beynəlxalq təhlükəsizlik proqramının rəhbəri Set Cons müharibənin uzun müddət davam edəcəyini bildirib:"Bu müharibənin yaxın gələcəkdə də davam edəcəyi ehtimalı var. Çünki rusların Ukraynada uzunmüddətli məqsədləri ilə Ukraynanın 2014-cü ildən bəri itirdikləri bütün əraziləri geri almaq istəyində heç bir azalma müşahidə edilmir".

Elvin

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar