Menu

"Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır" - Müdafiə Nazirliyi

10.11.2022, 14:12
"Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır" - Müdafiə Nazirliyi

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb", - məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol