Menu

“Neftin büdcə qiymətinin 50 dollar götürülməsi mühafizəkar yanaşmadır” - Maliyyə naziri

11.11.2022, 13:42
“Neftin büdcə qiymətinin 50 dollar götürülməsi mühafizəkar yanaşmadır” - Maliyyə naziri

“Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 50 ABŞ dolları götürülməsi çox mühafizəkar yanaşmadır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Bu yanaşma bizi qlobal neft bazarlarında baş verən təlatümlərdən qoruyur. Siyasətimiz odur ki, neftdən asılılığı ardıcıl sürətdə azaldaq. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti 50 dollar səviyyəsində nəzərə almışıq. Bu yanaşma ilə neftin qiymətinin oynamasının mənfi təsirlərndən özümüzü sığortalayırıq. Hesab edirəm ki, növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik. Bu məsələdə kifayət qədər ehtiyyatlı olmalıyıq”, - deyə o, qeyd edib.

Şərhlər

Vətəndaş 2022-11-11 15:35:15

Bəs 50 dollardan artıq daxil olan vəsait necəə hesaba alınır .hara xərclənir və nə üçün icyimaiyyətə məlumat verilmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol