Kreml Rusiya qoşunlarının Xersonu tərk etməsinə münasibət bildirib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Kreml Xersonu tərk etməyi alçaldıcı hesab edirmi?" sualına mənfi cavab verib.
Kremlin sözçüsü jurnalistlərə “Yox, yox” deyə cavab verib.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Xerson vilayəti Rusiya Federasiyasının subyektidir, bu status təsbit olunub və burada heç bir dəyişiklik ola bilməz.
"Bu, Rusiya Federasiyasının subyektidir. Qanunvericiliklə bu mövzu təsbit olunub, müəyyən edilib. Heç bir dəyişiklik yoxdur və ola da bilməz", - deyə Kremlin sözçüsü jurnalistlərin Rusiyanın bütün Xerson vilayətini öz ərazisi hesab etməkdə davam edib-etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.


Şərhlər