Menu

İŞİD yenə edam etdi

13.11.2014, 09:07
İŞİD yenə edam etdi

İŞİD-in bu dəfəki qurbanları onlara qoşulan Əl-Nusra liderləri olub

Suriyada İŞİD terror qruplaşması ilə “əl-Nusra” cəbhəsi arasında döyüşlər gedir.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşmasının Əl-Qaidənin Suriya qolu hesab edilən Əl-Nusra cəbhəsi liderlərindən ikisini edam etdiyi barədə açıqlama yayılıb. Bu barədə Suriyanın insan haqları təşkilatı “Mirsad” xəbər verib.

Qurumun yaydığı açıqlamada Raqqa şəhərində edam edilən Əl-Nusra cəbhəsi liderlərinin bir müddət əvvəl İŞİD-ə qoşulduğu bildirilir.

Edam edilənlərin İŞİD-ə xəyanət etmək planlarının üzə çıxması olub.

Qeyd edək ki, Əl-Nusra cəbhəsi Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqlayıb. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi bildirilir. Qruplaşma Bəşər əl-Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini həyata keçirmək və yaymaq istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol